Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:30

«Seçkilərə qədər qeydiyyatsız evlərin hamısı qeydə alınacaq»


Foto: Arxiv
Foto: Arxiv
Hər bir seçki ərəfəsində Daxili İşlər Nazirliyi tərəfindən İşçi Qrupu yaradılır, hazırlanmış plan nazir tərəfindən təsdiqlənir.

Bunu Daxili İşlər nazirinin müavini Oruc Zalov deyib.

O.Zalov qeyd edib ki, keçən seçki dövründə əsas problemlərdən biri 16 yaşa çatmış vətəndaşların şəxsiyyət vəsiqəsi almaması və yaşla əlaqədar olaraq vəsiqələrin dəyişməməsi olub:

«Məsələn, 25, 35, 50 yaş tamam olandan sonra şəxsiyyət vəsiqələri dəyişdirilməlidir. Bu problemi həll etmək üçün nazir tərəfindən xüsusi tapşırıq verilib. Yerlərdə şəxsiyyət vəsiqələrinin sürətli dəyişdirilməsi üçün işlər görülür. Eyni zamanda seçki dövrünə qədər vəsiqələrini dəyişdirmək mümkün olmayan şəxslərə seçkidə iştirak etmək üçün şərait yaradılır».

O.Zalov deyib ki, əsas problemlərdən biri də qeydiyyatsız evlərdir:

«Həmin evlərdə yaşayan sakinlərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün ünvan olaraq polis şöbələri göstərilib. Prezidentin də bu məsələdən xəbəri var, bununla bağlı göstəriş verib. Parlament seçkilərindən sonra qeydiyyatsız evlər bələdiyyələr, icra qurumları tərəfindən sürətlə qeydə alınır. İnanıram ki, növbəti seçkilərə qədər qeydiyyatsız evlərin hamısı qeydə alınacaq». /ANS/
XS
SM
MD
LG