Evləri uçurulan zaman Dövlət Neft Şirkətinin mühafizə xidmətinin əməkdaşları ilə qarşıdurmada xəsarət alan Ədalət Abbasovu sentyabrın 12-də xəstəxanadan çıxarmaq istəyiblər.
Ağrılardan əziyyət çəkdiyini bildirən Ədalət Abbasov buna etiraz edib:
«Mənə dedilər ki, artıq sənin sənədlərini yazmışıq, sən çıxmalısan. Mən də jurnalistlərə müraciət etdim. Jurnalistlər xəstəxanaya gələndən sonra fikirlərini dəyişdilər, bildirdilər ki, sentyabrın 17-dək xəstəxanada qalacaqsan».
1 saylı şəhər Xəstəxanasından baş həkimin müavini Azadlıqradiosuna Ədalət Abbasovun xəstəxanadan çıxarılması barədə məlumatları şərh etməyib. Sadəcə bildirib ki, Ədalət Abbasov hələ bir neçə gün də xəstəxanada qalacaq.
Sentyabrın 9-da Dövlət Neft Şirkətinin mühafizə xidmətinin əməkdaşları jurnalist İdrak Abbasovun ailəsinə məxsus həyətə daxil olaraq evi uçurub, onun valideynlərinə və qardaşına xəsarət yetiriblər.
Binəqədi rayon Polis İdarəsindən bildiriblər ki, sentyabrın 9-da Sulutəpə qəsəbəsində ARDNŞ-ə məxsus ərazilərdə inşa olunan qanunsuz tikililərin söküntüsü zamanı yerli əhali ilə ARDNŞ əməkdaşları arasında qarşıdurma baş verib. Nəticədə dava düşüb və bir neçə nəfər xəsarət alıb.
Hazırda həmin qarşıdurmada xəsarət alan Abbasovlar ailəsinin 3 üzvü ayrı-ayrı xəstəxanalarda müalicə alırlar. Ədalət Abbasov və onun anası 1 saylı, atası isə 4 saylı xəstəxanada müalicə olunur.