Məşhur rus yazıçısı Andrey Platonovun “Can” povesti ilk dəfə olaraq Azərbaycan dilində nəşr olunub.
“Qanun” nəşriyyatında çap edilən əsəri Nəriman Əbdülrəhmanlı çevirib.
“Can” povestinin ana ideyasını insan azadlığı, insan xoşbəxtliyi, onun hərbi yolla deyil, təbiətlə harmoniyada mümkün ola biləcəyi təşkil edir.
Partiya MK-sı artıq ölmüş, yer üzündən silinmiş sayılan can xalqının oğlu olan Nəzər Cağatayevi – Moskva İqtisad İnstitutunun məzununu, öz xalqını axtarıb tapmağı və bu həyata qaytarmağı, xalqını sosializmə qovuşdurmağı tapşırır.
Hər yerdə qan yoluyla bərqərar olan sosializm bu dəfə sevgi ilə yaranır. Halbuki dirilən can xalqı hələ də sosializmin nə, Leninin kim olduğunu bilmir.
Onlar, sadəcə, insan xoşbəxtliyinə inanır və bundan sonra ölməmək qərarına gəlirlər…
Platonov Stalinin adını çəkmədən onun idarəçiliyi haqda çox yazmışdı.
Gözüaçıq və diqqətli oxucu olan Stalin isə bütün bunları anladığına görə onun əsərlərinin çapını qadağan eləmişdi.
Əsərləri yalnız ötən əsrin sonlarından başlayaraq Qərbdə çap olunandan sonra Rusiyaya ayaq açmağa və geniş oxucu dairəsi qazanmağa başladı.
“Qanun” və “Əli və Nino” nəşriyyatlarının birgə layihəsi olan “klassiklər” seriyasında isə Dostoyevskinin “Ölü evindən qeydlər” əsəri nəşr olunub. Əsər Azərbaycan dilində ilk dəfə nəşr olunur.
Romanı Məmməd Qocayev çevirib.
«Ölü evdən qeydlər» Dostoyevski yaradıcılığında və dünyagörüşündə dönüş nöqtəsidir. Bu əsəri Dostoyevski onillik fasilədən, Sibir sürgünündən qayıtdıqdan sonra yazmışdır.
1849-cu ildə yazıçı Petraşevskinin dərnəyində iştirakına və orada V.Q.Belinskinin «Qoqola məktub»unu oxuduğuna görə digər sosialist-utopistlərlə birlikdə həbs edilmişdi.
Məhkəmə ona dərnəyin fəalları sırasında ölüm hökmü çıxarmış və onun icrasına bir neçə dəqiqə qalmış hökm Çar tərəfindən dəyişdirilərək Sibirə sürgünlə əvəz edilmişdi.
Özünün çox da uzaqda olmayan ölüm anlarını yaşayan gənc ədib cəzanın dörd ilini Omsk şəhərinin həbsxanasında, qalan altı ilini isə Sibirdə keçirmişdi.
«Ölü evdən qeydlər» əsəri yazıçının məhz Omsk həbsxanasındakı həyatını və təəssüratlarını əks etdirir və real faktlar əsasında yazılmışdır. Müdhiş cinayətlər törətmiş məhbuslarla ünsiyyət onun dünyagörüşünə ciddi təsir etmişdir.