Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:45

Urmu gölü və Rafiq Tağı


Sayman Aruz
Sayman Aruz
Sayman Aruz


Səid Muğanlının zindana salınmasından 100 gün keçdi.

Mübarək olsun, Səid!

Yadıma gəlir bir gün Təbirzdə Səidlə birlikdə dolaşırdıq. Yenicə zindandan çıxmışdı. Həmişəki kimi fikili görünürdü.

Zindandan danışanda dedi: “İnqilabçı zindanda gərək!”

Mən də zarafatyana dedim: “Şair də zindanda gərək".

Səid güldü və dilinin altında dedi: "Qucağın əmniyyətdir, gözlərin terrorist!” Bu onun şeiri idi. Güney Azərbaycan şairinin sevgisi.

Nazim Hikmətin həyatı gözümün qabağına gəlir: inqilab, etiraz, zindan, sürgün və ədəbiyyat!

Pablo Nerudanın Çili xalqının dirçəlişi və inqilabındaki roluna fikirləşirəm.


Deyirəm bəlkə “hörmət” etməliyəm bunlara Vətəndən desinlər.
Biriya gözümün önünə gəlir. Onun dönməzliyini fikirləşirəm.

Səməd Behrəngi boğulduğu Araz çayında bizi gözləyir deyirəm. Şair inqilabçı gərək!

Müşfiqi fikirləşirəm. "Oxu tar, oxu tar" deyə mızıldayıram!

İnterneti açıram. "Oxu Zalı"nı oxuyuram: Rafiq Tağının Sabiri tənqidi, mən isə duruma təəssüf edirəm.

"Kulis" saytına keçirəm. Rəngarəngdir. Amma qane etmir...

“Urmu gölü can verir, məclis onun qətlinə fərman verir!”

Güneyli dostuma deyirəm: bura sakitçilikdi.

Deyir, bəy, ümidimiz sizsiz. Xəbəri dünyaya çatdırın. Dostların hamıısı zindandadır. Günəş kafesi boş qalıb…

Deyirəm dostlara tapşırmışam bununla bağlı yazsınlar. Rafiqə demişəm… adları isə BMT-yə göndərmişəm…

Rafiq Sabirdən yazır...

“Urmu gölü can verir…”

Sonra yadıma düşür, müqayisə edirəm. Çətin olsa da, ayırmağa məcbur qalıram. Görürəm ki, Quzey Azərbaycan yatıb. "Oyan!" - deyirəm, oyanmır.

Deyirəm bu qədər toyxanaların səsi ilə oyanmayan şair mənim sızıltımı duyarmı?
Quruyan Urmu gölü

Yox, duymaz.

Aqşın, Elnur, Tural, Rasim, Seymir, Ələkbər və nə bilim gündəmi qoruyan başqa dostlarımın harda və necə olduqlarıyla maraqlanıram. Evlərindədilər - deyirlər. Yeyib-içməyə gedəndə xəbər edərlər yəqin!

“Zindanda kim var" - deyirəm?”

“Boşdur” - deyirlər.

“Axı Səidlər zindanda” - deyirəm.

Ədəbiyyatçı harda gərək?

Toyxanada gərək, yeyib-içməkdə gərək, qal-maqalda, tamadalıqda gərək…

Elçibəyə, Sabirə söyməkdə gərək.

“Millət necə tarac olur olsun, nə işim var?” Mən roman yazım, ad qazanım, Sayman nəyimə gərək?

Milli kitab mükafatında pul verib yer tutmaqda gərək!

Deyirəm bəlkə “hörmət” etməliyəm bunlara Vətəndən desinlər.

Əlimi cibimə salıram, boş çıxır. “Sən öl, mən ölüm" vururam, işə yaramır!

Deyirəm: yaxşı ki sən varsan, Vətən,
Kimsə tapammadım onunçün ölüm.

“Rahat ol, Səid, dostlar oyaqdır” deyirəm…
XS
SM
MD
LG