Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:34

O, ikinci Xodorkovski ola bilərmi?


Mixail Proxorov
Mixail Proxorov
Vaxt vardı Rusiya televiziyaları onun haqqında “uğurlu biznesmen” kimi danışırdılar. Amma “Forbes” jurnalının hesablamasına görə, var-datı 18 milyard dollar olan milyarder Mixail Proxorova münasibət indi ölkəsində gözlənilmədən dəyişib.

Dövlətin nəzarətində olan televiziyalarda onun adını çəkmədən müttəfiqlərinə qarşı kampaniya başlanıb.

Məsələn, əfsanəvi müğənni Alla Puqaçova və narkomaniyaya qarşı mübarizə kampaniyası aparan Yevgeni Royzmana qarşı. Bir həftə qabaq Proxorov Kremlin dəstəklədiyi

“Pravoye delo” Partiyasının sədrliyindən qalmaqallı şəkildə istefa verib

Milyarder Rusiyanın siyasi partiyalar sistemini “saxta”, prezident Medvedevin icra aparatı rəhbərinin müavini Vladislav Surkovu isə Kreml divarları arxasından ölkə siyasətini istədiyi səmtə yönəldən “kukla ustası” adlandırıb.

Proxorovu nə gözlədiyi bəlli deyil. Amma məlumatlara görə, 3 ay qabaq Kreml ona müraciət edərək hakimiyyətə yaxın “Pravoye delo” partiyasına rəhbərlik etməsini istəyib. Partiyanın imici “hakimiyyətə dost kimi yanaşan” və “biznesyönümlü” olmalı idi. Məqsəd ölkədə liberal islahatların aparılmasını istəyən seçicilərin rəğbətini qazanmaq idi.

O elektorat ki, ənənəvi olaraq liberal müxalifətə səs verir.

Proxorov partiya sədrliyindən sentyabrın 15-də istefa verib. Bu, partiyanın daxilində bəzi qüvvələrin onu sədr “taxtından” salmaq cəhdindən sonra baş verib.

Rusiyanın “Kommersant” qəzetinin şərhçisi Arina Borodina deyir ki, Proxorov sadəcə televiziyalardan “yoxa çıxıb”.

“Mənim bildiyimə görə, Kremlin Proxorovla bağlı baş verənlərin işıqlandırılmasına
Proxorov və Puqaçova. "Pravoye delo" Partiyasının qurultayı, Moskva, 15 sentyabr 2011

qoyduğu qadağa çox sərtdir. Sentyabrın 15-də dövlət televiziyalarının birində əslində onun haqqında danışılsa da, adı çəkilmirdi. Vaxtilə hakimiyyətin gözündən düşən biznesmenlər

Berezovski və Xodorkovskiyə də belə münasibət yaranmışdı

Yəni bu adamlar televizyada adı çəkilməyə layiq deyillər”.

Vaxtilə müstəqil olan, indi isə hakimiyyətin nəzarətində fəaliyyət göstərən NTV kanalı isə Proxorovun müttəfiqi Royzmanın kriminal keçmişinin olduğu iddia edilən veriliş yayınlayıb.

O, fırıldaqçılıq və oğurluqda günahlandırılıb.

Sentyabrın 18-də isə əfsanəvi müğənni, Proxorovun sədrliyi zamanı “Pravoye delo” Partiyasına qoşulmuş Alla Puqaçova haqda sənədli film yayınlanıb. “Alla bizə 1 milyon ver” adlanan filmdə müğənninin - vətəndaşları aldadan maliyyə piramidalarında əli olduğu iddia edilir.

Puqaçova da Proxorovla birlikdə Surkovu “ağılsız” adlandırıb.

İndi bəziləri düşünür ki, Proxorovun aqibəti hakimiyyətin gözündən düşəndən sonra şirkəti müflis edilən və həbsə salınan biznesmen Xodorkovskinin acı taleyi kimi ola bilər.

Moskva Karnegi Mərkəzinin şərhçisi Maşa Lipman deyir:

“Mediada Proxorova münasibətin kəskin dəyişməsi bir sadə həqiqəti bir daha
Vladislav Surkov

qabardır. Qalmaqalın arxasında nəyin dayanmasından asılı olmayaraq bir şey dəyişmir. İcra hakimiyyətinin rəhbərliyi siyasi səhnəni monopoliyaya alıb və onu necə istəyirsə elə də formalaşdırır”

Hələ də Proxorov qalmaqalının səbəbi tam aydın deyil

Bəziləri deyir ki, hər şey onun partiyaya Royzmanı gətirdiyinə görə olub. Bəziləri isə düşünür ki, sadəcə milyarder partiyada ona tapşırılan kursu yeritmək əvəzinə ətrafına millətçiləri yığmağa başlayıb. Partiyanı “biznesyönümlü” olmaqdan daha çox populist millətçi istiqaməyə aparmağa başlayıb. Bu isə elektoratın hər sahəsini hakimiyyətə dost etmək istəyən Kremlin nüfuzlu şəxslərinin xoşuna gəlməyib.

Vaxt isə azdır: dekabrda parlament, gələn ilin əvvəllərində isə prezident seçkiləri olacaq.
XS
SM
MD
LG