Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:45

Hüquq müdafiəçilərinin Fransa prezidentinə Eurovision müraciəti


Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı «Eurovision» mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Eldar və Nigar
Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı «Eurovision» mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Eldar və Nigar
«Eurovision-2012» musiqi yarışması ilə bağlı hüquq müdafiəçilərinin başladığı «Azad musiqi qeyri-azad ölkədə» kampaniyası çərçivəsində Fransa prezidenti Nicolas Sarkoziyə müraciət hazırlanıb. Sarkozi oktyabrda Azərbaycana səfər edəcək.

SƏRHƏDSİZ REPORTYORLARIN DƏSTƏYİ

Kampaniya təşkilatçılarından Rəsul Cəfərov deyir ki, Azərbaycan hüquq müdafiəçilərinin bu təşəbbüsünə Almaniya, Çexiya, Polşa, Belarus, Norveç, Niderland, Fransadan beynəlxalq təşkilatlar da dəstək verir. Sarkoziyə bu məsələ ilə bağlı müraciətin göndərilməsində də Fransanın «Sərhədsiz Reportyorlar» təşkilatı ilə birgə işləyirlər.

«Azad musiqi qeyri-azad ölkədə» kampaniyası «Eurovision» yarışmasına qatılacaq ölkələrin diqqətini Azərbaycanda həm də ictimai-siyasi hadisələrə çəkmək məqsədi daşıyır.

Hüquq müdafiəçiləri «Eurovision-2012» müsabiqəsinin təşkilat komitəsi ilə də əlaqə yaradıblar. Hüquq müdafiəçisi Anar Məmmədli deyir ki, Azərbaycanda yaradılan komitənin sədri Mehriban Əliyevanın adına məktub yollayıblar və ölkədə yarışmaya qədər aparılmalı olan islahatlar barədə tələblərini açıqlayıblar.

QEYRİ-SİYASİ YARIŞMAYA SİYASİ RƏNG

Anar Məmmədli məlumat verib ki, hüquq müdafiəçiləri «Eurovision» yayımçılarına da öz kampaniyaları barədə danışıblar:

«İndi ad çəkməyəcəyəm, amma bizə belə bir mesaj daxil oldu ki, bu yarışma qeyri-siyasidir, bizim kampaniyamızda isə bir qədər siyasi rəngi var. Ona görə də çalışırlar ki, bizimlə təmasa girməsinlər və öz tərəfsizliklərini göstərsinlər. Bununla belə, «Eurovision» yayımçıları bizim təşəbbüsümüzü dəstəklədiklərini bildirirlər».

2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı «Eurovision» mahnı müsabiqəsində Azərbaycan 25 ölkə arasında birinci olub.

Növbəti yarışma 2012-ci il may ayının 22-26-da Bakıda keçiriləcək.

HƏMÇİNİN OXU:

Bakıda «Eurovision» üçün konsert kompleksinin tikintisinə başlanılıb
«Eurovision–2012»nin təşkilinə Mehriban Əliyeva rəhbərlik edəcək
«Eurovision»da birinci, Avropaya inteqrasiyada neçənciyik?
İlham Əliyev: «Qələbədən sonra çox gözəl anlar yaşadıq»
«Eurovision» qalibləri Bakıya döndülər
Gürcülər «Eurovision»u bağlayacaqlar
"Bu, hamımızın qələbəsidir" - VİDEO
Bakı sakinlərinin "Eurovision" sevinci
XS
SM
MD
LG