Rusiyanın Baş naziri Vladimir Putin növbəti prezident seçkisində namizəd olacaq. Dünya siyasətçiləri arasında avtoritar imici ilə tanınan V.Putinin prezident kürsüsünə yenidən qayıdışı Cənubi Qafqaza və Yaxın Şərqdə başlayan demokratik hərəkata hansı vədləri verir? Cənubi Qafqazda münaqişələrin həlli, o cümlədən demokratik proseslərin axını hansı məcraya yön alacaq?
Politoloq Zəfər Quliyev deyir ki, məsələni dərindən təhlil edəndə, hazırkı prezident Dmitri Medvedevlə V.Putin arasında kəskin fərq yoxdur, sadəcə, Medvedev demokratiyanın imitasiyası ilə məşğul olurdu, amma Putin üçün belə imitasiyaya ehtiyac yoxdur:
«Medvedevin apardığı siyasəti də şərti olaraq «liberal» adlandırırdılar. Söhbət hər halda real demokratik siyasətdən getmir. Rusiyanın özündə baş verən demokratik vəziyyəti Azərbaycanla müqayisə etsək, görərik ki, ciddi fərq yoxdur».
MEDVEDEVLƏ PUTİN ARASINDA ELƏ FƏRQ YOXDUR
Zəfər Quliyevin fikrincə, Putinin qayıdışı ilə daxili və beynəlxalq «vurğular» dəyişə bilər:
«Medvedevdən əvvəl Putin prezident olanda həm daxildə, həm xaricdə sərt siyasət aparırdı. Güman edirəm ki, bu siyasət bərpa olunacaq. Azərbaycanla bağlı münasibətlərin dəyişəcəyini güman etmirəm. Amma fikrimcə, Dağlıq Qarabağ və enerji sahəsində rəsmi Moskva daha da sərtləşəcək».
Amma politoloq onu da əlavə edir ki, Yaxın Şərqdə avtoritar hakimiyyətləri aparan külək Rusiyaya da əsə bilər və bəlkə də Putin Medvedevin yumşaq siyasətini davam etdirmək zərurəti ilə üzləşəcək.
PUTİN HEÇ KİMƏ, HEÇ DÜNYAYA DA SƏRF ETMİR
Politoloq Hikmət Hacızadə isə hesab edir ki, Putinin hakimiyyətə qayıdışı Qafqazda demokratik prosesləri yubadacaq:
- Putinin gəlməsi nə bizə, nə Rusiyaya, nə də dünyaya yaxşı bir şey vəd eləmir. Yenə də konfrontasiya düşüncəsi, ağalıq eləmək... Hələ ki, bunu görürəm. Putin qarşıdurma sevən prezidentdir, totalitar prezidentdir.
- Bu qayıdış Qarabağ münaqişəsinin həlli yönümündə hansı vədlər verir?
- Daha pis olacaq. Qafqazda münaqişələr onlara lazımdır ki, bu respublikaları nəzarət altında saxlaya bilsinlər. Əlbəttə, dünyada böyük dəyişikliklər ola bilər, amma indiki vəziyyətdən baxsaq, yaxşı bir şey gözləmirəm.