Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:35

Gəncə tələbələrinin sentyabr qayğıları...


Gəncədə 16 yataqxana var, lakin...
Gəncədə 16 yataqxana var, lakin...
- Kirayə ev axtarırıq, deyə bilmərsiniz qiymətlər neçədir?

- Qiymətlərimiz müxtəlifdir, 50 manatdan 200 manatadək seçmək olar. Neçə nəfərsiz?...

Gəncədəki ev alqı-satqısı ilə məşğul olan idarədə kirayə evlərlə maraqlanan Məlahət Rəcəbova bu il Gəncə Dövlət Universitetinə qəbul olub. Artıq tələbə qayğılarının sevincini üstələdiyini deyən Məlahət dərsləri başlasa da, hələ münasib qiymətə ev kirayələyə bilməyib:

«BAYAQ MARAQLANDIM, NORMAL ŞƏRAİTLİ EVLƏR 100 MANATDIR»

«Neçə gündür maklerlərdən kirayə ev axtarırıq, hələ ki, tapa bilməmişik. Qiymətlər çox bahadır. Bayaq maraqlandım, normal şəraitli evlər 100 manatdır. Çox bahadır».

Digər bir tələbə Zaur Əliyev də kirayə evlərin onların büdcəsinə uyğun olmadığını deyir. O qeyd edir ki, universitetin yataqxanası olsaydı, ev axtarmaq əvəzinə dərslərini oxuyardı:

«MƏN HƏLƏ KİRAYƏ EV TAPA BİLMƏMİŞƏM»

«Bərdə rayonundan gəlmişəm. Gəncədə təhsil alıram. Artıq universitetdə dərslər başlayıb. Mən hələ kirayə ev tapa bilməmişəm. Evlərin qiyməti çox bahadır. 50 manatla 100 manat arasıdır. Amma tələbə üçün bahadır. Əksəriyyəti 100 manatdır. Normal şəraitli olanları bahadır».

Ev alqı-satqısı ilə məşğul olan Surxay Bayramov deyir ki, dərslər başlanan ərəfədə evini kirayəyə verənlər
Aqrar Universitetinə məxsus 2 saylı yataqxanada 400-dən çox ailə yaşayır
qiyməti təxminən 20-30 manat artırıblar.

GƏNCƏDƏ 16 YATAQXANA VAR, LAKIN...

Gəncədə 16 yataqxana var. Lakin həmin yataqxanalar 19 ildir ki, məcburi köçkünlərin istifadəsindədir. Qaçqınlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə şəhər bölməsinin rəisi Süleyman Abbasov deyir ki, yataqxanaların köçürülməsi barədə hələ konkret plan yoxdur:

«Bu il 10 yataqxana, Aqrar Universitetinin yataqxanaları, Gəncə Dövlət Universitetinin və Humanitar Kollecin yataqxanaları təmir olunub. Təxminən 2 min nəfər yerləşir. Ümumiyyətlə, Gəncə şəhərində 16 minə yaxın məcburi köçkün var ki, onun 70 faizi yataqxanalarda yerləşir. Köçürülmə tədricən olacaq. Bakı Dövlət Universitetini yataqxanalarını köçürürlər. Sonra da Gəncədə başlanacaq. Konkret bir şey yoxdur. Hazırda Hacıkəndin köçürülməsi gündəmdədir. Sonra hərbi şəhərcikdə olanların köçürülməsi nəzərdə tutulur».

Azərbaycan Texnologiya Universitetinin rektoru Telman Məlikov da deyir ki, tələbə yataqxanalarının olmaması təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Rektor məcburi köçkünlərin köçürülməsi və yataqxanaların tələbələrin istifadəsinə verilməsi üçün dəfələrlə Təhsil Nazirliyinə müraciət etdiklərini deyir:

«YATAQXANA OLSA, TƏLƏBƏLƏR HAMISI BİR YERDƏ QALAR»

Fidan
«Elə tələbələrimiz var ki, onların həqiqətən yataqxanaya ehtiyacı var. Yataqxana olsa, tələbələr hamısı bir yerdə qalar. Biz ora dərsdən sonra müəllimləri göndərərik, məşğələlər keçərlər. Kitabxana yarada bilərik orada. Bunun tələbələrin təhsilinə birbaşa təsiri var».

KÖÇKÜN YATAQXANASI VƏ BALACA FİDAN...

Aqrar Universitetinə məxsus 2 saylı yataqxanada 400-dən çox ailə yaşayır. Bu il məktəbin 1-ci sinfinə qədəm qoyan Fidan balaca əlləri ilə tələsik soyuq suda qırmızı şərfini yuyur. Gündə cəmi 2 saat axan soyuq artezian suyu üçün bəzən növbələr yaranır. Söhbətləşdiyim köçkünlər də heç bu şəraitsiz yataqxana həyatından razı deyildilər:

«TƏLƏBƏ DƏ RAHAT OLARDI, BİZ DƏ...»

«Bizi burdan köçürsəydilər, tələbə də rahat olardı, biz də. İnsan yaşamaz burda, naəlacıq qalmışıq deyə yaşayırıq. Su da 1-2 saat gəlir, kəsilir. Siçovullar o başdan bu başa qaçır. Bura tələbə üçündür, amma qaçqınları yerləşdiriblər.
Gələndə uşağımızın 1 yaşı var idi. İndi 20. Birlikdə 1 otaqda yaşayırıq».

Məlahət kimi tələbələr yaxşı təhsil almaq arzusu ilə yataqxanaların olmasını istəyir. Gələcəyin tələbəsi olacaq Fidan isə şəraitsiz yataqxana otaqlarında əlini yumaq üçün isti su belə tapa bilmir...
XS
SM
MD
LG