Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:06

Ülkər Ucqarın Azərbaycanda ilk şeir kitabı çap edildi


"Qanun" nəşriyyatından daha bir yenilik - "Birinci kitab" seriyasında bu dəfə İran Azərbaycanından olan şairə Ülkər Ucarın kitabı nəşr olundu.

Ülkər Ucqar imzası oxuculara Azərbaycandakı ədəbi portal­lardan tanış olsa da, “Balıqçı əllərinə doğru” yazarın ilk kitabıdır.

Onun şeirlərini fərqləndirən ən əsas cəhətlər: özünəxas ifadə ba­carığı, mövzu çeşidinin genişliyi, məna açarının çox vaxt kənar mətnlərdə – xüsusən Azərbaycan şifahi xalq yaradıcılığında və mifoloji qaynaq­lar­da olması.

Ən əsası isə bu şeirlərin hər birin­dən insan səsi, insan nəfəsi gəlir. Ülkərin şeirlə­rinin başı göyə can atsa da, ayağı yerdədi:

“Bir cüt dağ baş­mağınız qalıb bizdə,
Qapı-qapı gə­zib,
Gey­dirirəm oğlanlara,
görək kimin ayağı­nadır?”


Ülkər Ucqar lirik “mən”in daxili hiss-həyəcanını dış aləmdən ayırmır, əksinə, daim harmoniya yaratmağa çalışır və bunların hər birini öz təbii rəngində çatdıra bilir.

Bu rənglərin o taylı-bu taylı Azər­baycan poeziyasına rəng qatacağı da şübhəsizdir. Hərçənd ki, bu mətnlər bütöv kainatdan bəhs edir.

Həmçinin oxu
Ülkər Ucqar. Şeirlər
XS
SM
MD
LG