Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:15

ABŞ səfiri: ««Wikileaks» Dövlət Departamentinin rəsmi hesabatı deyil»


Metyu Brayza
Metyu Brayza
««Wikileaks» saytında dərc olunan informasiyalar yalnız şəxsi dəyərləndirmələrdir, ABŞ Dövlət Departamentinin rəsmi hesabatı deyil».

Bu açıqlamanı jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza (Matthew Bryza) verib.

«Biz heç vaxt «Wikileaks»də dərc olunan materialların Dövlət Departamentinin rəsmi hesabatı olduğunu qəbul etməmişik. İstənilən halda mən, yaxud başqa əməkdaşlarımız göndərdiyi teleqramlarda yalnız öz mövqeyimizi əks etdiririk, yaxud tövsiyə veririk. Bu yalnız diplomatın baş verənləri dəyərləndirməsidir. Diplomatlar da digər insanlar kimi həmkarları ilə yazışma hüququna malikdir», - deyə ABŞ səfiri bildirib. /apa/

ABŞ «TRANSXƏZƏR» KƏMƏRİNİ DƏSTƏKLƏYİR

««Transxəzər» layihəsi yalnız Azərbaycanla Türkmənistandan asılıdır, başqa heç kəs buna müdaxilə edə bilməz».

Bunu sentyabrın 28-də ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza (Matthew Bryza) deyib.

«ABŞ Azərbaycanı bu layihədə dəstəkləyir, hər iki ölkənin bu məsələdə strateji marağı var», - səfir bildirib.

Sentyabrın 7-də Avropa İttifaqı Şurası «Transxəzər» qaz kəməri layihəsinə dair hüquqi öhdəlikləri müəyyən edən müqavilənin imzalanması üçün Avropa Komissiyasına mandat verib. Kəmər Türkmənistan qazının Avropa ölkələrinə nəqlini nəzərdə tutur.

Rusiya ilə İran isə bu layihəyə etiraz edirlər.
XS
SM
MD
LG