«Azərbaycanda inşa olunan gəmiqayırma zavodundan ilk gəmi 2013-cü ilin ortalarında suya buraxılacaq».
Bu barədə Xəzər dənizinə yeni gətirilmiş «Caspian Provider» təchizat gəmisinin istismara verilməsi mərasimində çıxış edən Dövlət Neft Şirkətinin prezidenti (ARDNŞ) Rövnəq Abdullayev bildirib.
O deyib ki, hazırda Xəzər dənizində neft-qaz hasilatının artırılması səbəbindən işlər də artıb və Azərbaycanın yeni gəmilərə ehtiyacı yaranıb.
Azərbaycanda inşa olunan gəmiqayırma zavodundan danışan ARDNŞ prezidenti bildirib ki, indiyədək Azərbaycan gəmiləri xaricdən alırdısa, 2013-cü ildən etibarən gəmilər artıq Azərbaycanda inşa olunacaq: «Xəzər hövzəsində indiyədək belə bir zavod olmayıb. Zavoddan ilk gəmi 2013-cü ilin ortalarında suya buraxılacaq».