Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:13

Ramil Usubov İdrak Abbasovun işini şəxsi nəzarətə götürüb


İdrak Abbasov
İdrak Abbasov
Daxili İşlər naziri Ramil Usubov jurnalist İdrak Abbasovla bağlı məsələni şəxsi nəzarətinə götürüb.

Bunu AzadlıqRadiosuna «Ayna» və «Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib:

«Nazir bu məsələni öz şəxsi nəzarətinə götürüb. Artıq bu məsələnin araşdırılması üçün konkret adam da təyin edib. Hazırda araşdırma gedir. Nəticəni gözləyirik».

Sentyabrın 9-da Dövlət Neft Şirkətinin bir qrup əməkdaşı «Ayna» və «Zerkalo» qəzetlərinin əməkdaşı İdrak Abbasovun ailəsinə məxsus həyətə daxil olaraq evi uçurub, valideynlərinə və qardaşına xəsarət yetiriblər.

Jurnalistin atası Telman, qardaşı Ədalət Abbasovlar və anası Naimə Quliyeva xəstəxanaya yerləşdiriliblər.

İdrak Abbasov ailə üzvlərinin hədələndiyini deyir.

Elçin Şıxlı hadisənin araşdırılması, jurnalistin və ailə üzvlərinin təhlükəsizliyinin təmin olunması üçün Daxili İşlər naziri Ramil Usubova müraciət edib.
XS
SM
MD
LG