Bakıda «Eurovision 2012» mahnı müsabiqəsinin keçirildiyi dövrdə hər yerdə internet şəbəkəsinə çıxış təmin ediləcək.
Bu barədə jurnalistlərə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov məlumat verib.
«Bakıda «Eurovision 2012» mahnı müsabiqəsi zamanı Wi-Fi texnologiyaları ilə hər yerdə internet şəbəkəsinə çıxış təmin ediləcək. Çıxış nöqtələri paytaxtdakı ictimai yerlərdə təşkil olunacaq», - nazir deyib.
Ə.Abbasov xidmətlərin keyfiyyətinin də təmin ediləcəyini deyib.
«Eləcə də hazırda internet şəbəkəsinə çıxışın sürətinin artırılması üçün lazımi tədbirlər görülür. Belə ki, müsabiqənin keçirildiyi dövrdə yayım təkcə televiziya ilə deyil, həm də internet vasitəsilə aparılacaq», - Ə.Abbasov əlavə edib.