Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:41

İlham Əliyev 9 ayın iqtisadi göstəricilərini açıqlayıb


Ilham Əliyev, 12 aprel 2011-ci il
Ilham Əliyev, 12 aprel 2011-ci il
Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası keçirilib.

İlham Əliyev deyib ki, bu ilin 9 ayında kənd təsərrüfatı istehsalı 7,6 faiz artıb. Bu dövrdə Azərbaycanın valyuta ehtiyatları 11 milyard dollar artaraq 40 milyard dolları ötüb.

İ. Əliyev bildirib ki, ünvanlı sosial yardım proqramının icrası 113 min ailəni əhatə edir, bu təbəqədən olan hər ailəyə orta hesabla 130 dollar yardım verilir.

Dövlət başçısı deyib ki, hazırda işsizlik 5,5 faizdir.

son 9 ayda ölkədə 74 min yeni iş yeri açılıb ki, onlardan 50 mini daimidir. Bununla da son 8 ildə Azərbaycanda açılan iş yerlərinin sayı 950 minə çatıb.

İlham Əliyev bildirib ki, makroiqtisadi sabitlik qorunub saxlanılacaq.

“Bu il əhalinin pul gəlirləri 19 faiz artıb və bu gəlirlər inflyasiyanı 2 dəfədən çox üstələyib”.

Dövlət başçısı yaxın vaxtlarda Milli Məclisdə müzakirə ediləcək gələn ilin dövlət büdcəsinin investisiya və sosial yönümlü olmasının vacibliyini qeyd edib.

“Gələn il dövlət büdcəsinin xərcləri 22 milyard dollar, icmal büdcə isə 25 milyard dollar səviyyəsində olacaq”.

(APA)
XS
SM
MD
LG