- PREZİDENT TƏKRAR-TƏKRAR DEYİR Kİ, KORRUPSİYA İLƏ MÜBARİZƏ KAMPANİYA DEYİL
Prezident İlham Əliyev bildirir ki, ölkədə ilin əvvəlindən bəri aparılan anti-korrupsiya tədbirləri başqa alətlərdən də istifadə edilməklə davam etdiriləcək. İlin ilk 9 ayının sosial-iqtisadi yekunlarına dair hökumətin iclasında prezident bir daha qeyd edib ki, bu sadəcə bir kampaniya deyil, bütün dövlət orqanları davamlı şəkildə şəffaflığın təmin edilməsi sahəsində islahatlarını davam etdirməlidirlər: “Ölkənin iqtisadi inkişafı ilə bağlı bu məsələyə daha çox diqqət yetirilməlidir. Çünki iqtisadiyyat, dövlət xərcləri artır, şəffaflığı tam şəkildə təmin etməliyik. Bütün maliyyə və infrastruktur layihələri sistemimiz şəffaf olmalıdır.
...iqtisadiyyat, dövlət xərcləri artır, şəffaflığı tam şəkildə təmin etməliyik. Bütün maliyyə və infrastruktur layihələri sistemimiz şəffaf olmalıdır.
Bu il ərzində bu sahədə çox ciddi irəliləyiş var, amma yenə də bu bizi tam qane edə bilməz. Bütün qurumlar öz fəaliyyətlərində bununla bağlı islahatlar aparmalıdırlar.
Bir neçə istiqamət üzrə siyasətimizi aparmalıyıq.
Əlbəttə, inzibati tədbirlər görülür və görüləcək. Əfsuslar olsun ki, cəza tədbirləri olmadan bu bəla ilə mübarizə yarımçıq qala bilər.
Eyni zamanda institusional tədbirlər, sistem xarakterli işlər görülməlidir və görülür. Elektron hökumətə keçidimizin əsas səbəblərindən biri də məhz rüşvətxorluq və korrupsiya ilə mübarizənin gücləndirilməsidir.”
Azərbaycanda tama elektron hökumətə keçid təmin edilməsə də bu sahədə lazım olan qanunvericilik təminatı və bəzi zəruri texnoloji infrastruktur bazası yaradılıb.
İlin əvvəlindən ayrı-ayrı dövlət qurumları iclaslar keçirərək anti-korrupsiya tədbirlərini, müxtəlif sayda məmurları buna görə işdən çıxardıqlarını elan edirlər.
Amma ictimai fəallar bildirirlər ki, ilin ilk bir neçə ayında xüsusilə dövlət yol polisi və notariuslarda rüşvətxorluq xeyli cilovlansa da sonradan vəziyyət keçən illərin səviyyəsinə qayıdıb. Amma hökumət rəsmiləri bu tənqidləri qərəzli adlandırıb onları qəbul etmirlər.
AZƏRBAYCAN ŞİMALİ QAFQAZA SƏRMAYƏ QOYUR
Bunlara da nəzər salın
Bu məsələyə də biz müsbət baxırıq. Bu həm də Rusiya-Azərbaycan əlaqələrinin inkişafı üçün vacib olan məsələdir” – deyə İlham Əliyev bildirib.
Prezident bildirir ki, hökumət Balkan ölkələrinin iqtisadiyyatlarına da sərmayə qoyulması üçün həmin ölkələrin təkliflərini öyrənir və artıq özəl sərmayələr bu regiona yönəlir.
Dövlət başçısı Azərbaycan sərmayələrinin Şimali Qafqaz və Balka regionu ölkələrində konkret hansı sahələrə yönəldiləcəyi haqqında məlumat verməyib. Amma yerli medianın məlumatına görə Azərbaycan xüsusilə Serbiyada Rumıniyanı İtaliya ilə birləşdirəcək ən böyük nəqliyyat dəhlizinin maliyyələşdirilməsində və tikintisində iştirak etmək niyyətindədir.
Azərbaycan Şimali Qafqaz respublikalarında da turist zonalarının yaradılması layihələrində iştirak etməkdə maraqlı olduğunu bildirib.
VALYUTA EHTİYATLARININ BİR HİSSƏSİNƏ DÜNYANIN MÜXTƏLİF YERLƏRİNDƏ ƏMLAK ALINACAQ
Biz maliyyə resurslarımızın şaxələndirilməsi üçün valyuta ehtiyatlarımızın bir hissəsini gərək dünya miqyasında daşınmaz əmlaka yönəldək.
“Avropa İttifaqı məkanında da investisiya imkanları araşdırılır. Artıq ilkin addımlar atılır. Biz maliyyə resurslarımızın şaxələndirilməsi üçün valyuta ehtiyatlarımızın bir hissəsini gərək dünya miqyasında daşınmaz əmlaka yönəldək. İndi belə araşdırmalar aparılır. İlkin addımlar da atılıb. 2012-ci ildə bu istiqamətə daha böyük həcmdə investisiyalar qoyulmalıdır.”