Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın "Yeni Müsavat" qəzetinə müsahibəsi
əvvəli burda
- 25 illik sədrlik məsələsindən danışdıq. Dünən (31 oktyabr-S.T.) açıqlandı ki, qurultay gələn ilə qaldı. Bu gecikmənin səbəblərini bilmək maraqlı olardı...
- Bizim nizamnaməyə görə, qurultay hər 5 ildən bir olmalıdır. Amma təəssüf ki, buna hər zaman riayət olunmayıb. Birinci qurultay 1934-cü ildə, ikinci qurultayımız isə 1954-cü ildə olub. Aradan 20 il vaxt keçib. Deyə bilərsiniz ki, müharibə düşüb araya. Amma müharibə 4 il olub. 3-cü qurultay 1958-ci ildə, 4-cü qurultay 1965-ci ildə olub. Aradan 7 il keçib. 10-cu qurultayımız 1997-ci ildə, 11-ci qurultayımız isə 2004-cü ildə olub. Yenə də aradan 7 il keçib. Qurultaylar 5 ildən bir keçirildiyi üçün növbəti qurultayımız da 2009-cu ildə keçirilməli idi. Amma niyə olmadı? İki il binanın təmirinə həsr olundu. 2009-cu ildə qurultay olmalı idi, amma biz Yazıçılar Birliyinin 75 illiyində “Sərhədsiz Söz” adlı böyük beynəlxalq tədbir keçirdik. Bura da çoxlu qonaqlar dəvət edilmişdi. “O vaxtdan da 2 il keçir, niyə qurultay keçirilmir” soruşa bilərsiz. Üçüncü əsas cəhət isə odur ki, əvvəlki qurultaylarda Yazıçılar Birliyinin 200-300 üzvü vardı və hamısı iştirak edirdi. İndi 1500 üzvümüz var, amma bu da dəqiq say deyil. Çünki bəzisi biletini almayıb, bəzisi qeydiyyatdan keçməyib. İndi “Ədəbiyyat qəzeti”ndə elan vermişik ki, ilin sonuna qədər qeydiyyatdan keçməyən adamlar Birliyin üzvü sayılmayacaqlar. Bu nə üçün edilib? Bunu edirik ki, nə qədər üzvümüz olduğunu dəqiq bilək. Üzvümüzün sayını dəqiq biləndə nizamnaməyə görə, hər 10 nəfərdən biri nümayəndə seçiləcək. Bütün bu hazırlıqlar gedir. Üzvlərimizin sayını dəqiq bilib, nümayəndələr seçəcəyik. Sonra da seksiyalar üzrə nümayəndələr seçiləcək. Bu hazırlıqlar gələn ilin birinci yarısında tamamlanacaq və həmin vaxt qurultay keçirəcəyik. Eyni zamanda bu il qurultay ərəfəsində müxtəlif janrlar üzrə yığıncaqlar keçirdik. Bu bir növ son qurultaydan bu günə qədər olan dövrün ədəbi hesabatı idi. Bütün məruzələri də yalnəz gənc yazarlar etdi.
- Və əsas məsələ - sədrlik... Namizədliyinizi irəli sürəcəksiniz?
- Mən onu indi demək istəmirəm. Daha doğrusu, nə “hə” deyirəm, nə də “yox”. Çünki o saat bunun ətrafında qalmaqal başlayacaq. Gedirsə, növbəti sədr kim olacaq? Başlayacaqlar kimlərinsə adını çəkməyə, sonra da onların əleyhinə yazacaqlar. Qalıram desəm, onda da başlayacaqlar ki, niyə qalır? Ona görə məhz qurultay ərəfəsində, qəti fikrimi deyəcəm.
- Hər halda, konkret qərarınız var bununla bağlı...
- Qərarım da var, şübhələrim də var.
- Yazıçılar Birliyi ilə bağlı qalmaqal deyəndə ancaq kənar təsirlər nəzərdə tutulur, yoxsa onun daxilində də müəyyən iddialar qalmaqallara yol açır?
- İddialar da var. Normal bir şeydir ki, hamı da olmasa, bir neçə nəfər özünü sədrliyə layiq bilir. Mən bunu təbii qəbul edirəm. Amma bir qəzetdə oxumuşdum ki, Yazıçılar Birliyinin işçilərinin də adlarını sədrliyə namizədlər sırasında çəkiblər. Mən də bundan bir az incidim. Dedim, onda gərək mənim sürücümün də, katibəmin də adını çəkəydilər. Hər adam sədr ola bilərsə, niyə də onlar olmasın? Lenin deyirdi ki, hər aşpaz qadın ölkəni idarə edə bilər. Həmin məntiqlə Yazıçılar Birliyinin üzvü olan hər adam buranın sədri ola bilər (gülür).
- Sizin sədrliyə namizəd gördüyünüz kimsə varmı? Özünüzdən başqa təbii ki...
- Var, amma onu demərəm. Desəm, əleyhinə yazmağa başlayacaqlar. Bir nəfər yox, bir neçə nəfər var. Mən demirəm, qalacam, amma tutaq ki, qaldım. 73 yaşım var, qalsam da bir neçə il qalacam. Ömrümün axırına qədər qalmayacam ki? Üstəlik, nə qədər ömrüm qaldığını da bilmirəm. Ona görə çox dəqiq dərk edirəm ki, bu yeri gec-tez başqaları tutacaqlar. Adamlara baxıram, onların
hərəkətlərini, davranışlarını, çəkisini götür-qoy edirəm. Çünki adam 25 ilini bu işə həsr edibsə, onun dağılmasını, bərbad olmasını istəmir. Hərəsinin müsbət cəhətləri də var, mənfi cəhəti də. Bura çox çətin vəzifədir. Bəlkə də Azərbaycanda ən çətin vəzifələrdən biridir. O biri ittifaqlarda niyə bu qədər müzakirə, söz-söhbət yoxdur? Ancaq bizdə var, çünki hamının gözü bu idarədədir.
- Bayaq koridorda Rəşad Məcidlə qarşılaşdıq. O, təklif edir ki, siz ömürlük sədr olasınız...
- Əlbəttə yox. Mən Türkmənbaşı deyiləm ki (gülür). Mən məsələnin nizamnamə ilə həll olunmasının tərəfdarıyam. Amma özüm haqqında qərarı mən özüm verəcəm. Qalmaq istəsəm, qalacam, getmək istəsəm, gedəcəm.
- Bəs səsvermə, birlik üzvlərinin iradəsi? Hər şey sizin istəyinizlə həll olunur?
- Əminəm ki, qalmaq istəsəm, mənə səs verəcəklər. Hər dəfə olduğu kimi, demokratik seçkilər olacaq və yazıçıların mənə etimadsızlıq göstərməsinə səbəb yoxdur.
- Anar müəllim, Yazıçılar Birliyinin rəhbərliyində təmsil olunan şəxslərlə bağlı belə belə bir fikir var ki, onların azad fikirliliyi yoxdur. Məsələn, ictimai-siyasi proseslərlə bağlı mətbuatda açıq fikir söyləyə bilməzlər. Söyləsələr də, bu qurumda sonradan onların aqibəti yaxşı olmaz.
- Bu, tamamilə səhv fikirdir. Kim mətbuatda hansı sözü deyirsə, bu, onun şəxsi işidir. Bir adama da Yazıçılar Birliyində deyilməyib ki, sən niyə filan sözü demisən. Fikir verin, biz burada kimlərin yubileylərini qeyd etmişik. Ramiz Rövşənin, Məmməd İsmayılın, Abbas Abdullanın, Seyran Səxavətin... Bunların yubileyini Azərbaycanda Yazıçılar Birliyindən başqa harda qeyd ediblər? Hamısı da müxalifətə yaxın adamlardır.
- Bu cür böyük yazıçı-şairlərin yubileyinin Yazıçılar Birliyində qeyd olunmaması anormal olmazdı? Yəni qeyd olunması tam normal bir şeydir axı...
- Sizinlə razıyam, anormal olardı. Mən həmişə demişəm ki, Yazıçılar Biriyində iqtidar-müxalifət söhbəti yoxdur. Abbas Abdulla Müsavat Partiyasının üzvüdür, Sabir Rüstəmxanlının öz partiyası var və sair. Burada biz ancaq yaradıcılıq meyarlarını əsas götürürük. İndi ola bilsin ki, biri qrafamandır, amma müxalifət partiyasının üzvüdür. Ona görə biz ona hörmət etməli deyilik ki? Abbas Abdulla haqqında mənim bir şeirim var, “Kəpənəkçi balasıyam, Tənbəlliyə mən asiyəm, Axırda lap tək qalsam da, Müsavatda qalasıyam”.
- Yazıçılar Birliyinə üzvlərin qəbul qaydalarının dəyişəcəyi bildirilirdi. Bir də birlik üzvlərinin 1500-ü ötən sayı ilə bağlı narazılıqlar var. Qurultayda bu məsələlər də öz həllini tapacaqmı?
- Sizinlə razıyam ki, 1500 nəfər çoxdur. Gərək imkan verməyəydik ki, bu qədər çox üzvü olsun. Amma bizi də başa düşün. Bunun qarşısını necə ala bilərik? Gəlib deyirlər ki, filan qədər kitablarım çıxıb, məşhur filankəs zəmanət verib. Niyə Yazıçılar Birliyinin üzvü olmayım? Bilmirəm burada nə var ki, üzv olmaq istəyirlər? Əvvəl Yazıçılar İttifaqı ev verirdi, vəzifəyə çəkirdi, kitabını çap edirdi. İndi bunların heç birini edə bilmir. Onda niyə belə israrla üzv olmaq istəyirlər? Bir yandan deyirlər, bu təşkilat lazım deyil, o biri tərəfdən isə müraciət edirlər. İndi 200 ərizə var ki, baxılmasını gözləyir.
- Bəlkə sizin bilmədiyiniz başqa güzəştləri, üstünlükləri var?
- Heç bir üstünlüyü yoxdur. Sadəcə, hər il təqaüd veririk. Onun da həcmi bir illikdir. Gəlirlər ki, mən bu təqaüdsüz yaşaya bilmərəm. Deyirəm ki, ay qardaş, sən 60 yaşına qədər bu təqaüdsüz necə yaşamısansa, bir ildən sonra da bu təqaüdsüz yaşayacaqsan. Ayda 300 manat təqaüd həm də ona görə verilir ki, onlar bu təminatla bir az rahat oturub əsər yazsınlar. Amma gəlirlər ki, xəstəm var, özümün belə problemim var. Birliyə ərizə verirlər, bir ay sonra gəlib təqaüd istəyirlər. Yəqin bunun da təsiri var axında. Mən heç kəsi qınamıram. Yazıçıların çoxu indi çətin dolanır. Amma bizi də qınamasınlar. Hamını dolandırmaq imkanımız yoxdur.
- Hər il nə qədər adama təqaüd verilir?
- 50 nəfər yaşlı, 20 nəfər cavan alır. Cavanlar 200, yaşlılar isə 300 manat.
- Gənc demişkən, Yazıçılar Birliyinin nəzdindəki “Gənc ədiblər” məktəbi nə işlə məşğul olur? Onların fəaliyyətindən razısınızmı?
- Cavanlarla Rəşad Məcid məşğul olur. Mən isə Rəşada da, onun zövqünə də, obyektivliyinə də inanıram. Yaşlı yazarların təqaüd siyahısına mən özüm də baxıram ki, kimlər daha çox layiqdir və sair. Amma cavanlar məsələsində Rəşad kimi təklif edirsə, yüz faiz razılaşırıq.
- Onların yaradıcılıqlarına, fəaliyyətlərinə bələdsinizmi?
- Bəzilərininki ilə tanışam. Kitablarını, şeirlərini oxumuşam. Hər halda, 20 adamın hamısı eyni dərəcədə istedadlı ola bilməz. Amma içlərində ümid verənlər çoxdur. Əsas odur ki, tez korlanmasınlar. Görürsən, istedadlı oğlandır, şeiri, hekayəsi var. Mən də sevinirəm onun uğuruna. Amma görürsən bəziləri iki-üç babat şeir yazandan sonra başlayır ki, mən dahiyəm.
- Bəs Yazıçılar Birliyinin himayəsində olmayan gənclərin yaradıcılığını izləyirsinizmi? Son illər onlar da xeyli sayda kitab çıxarıblar.
- Bələd deyiləm. Çünki onlar mənə öz kitablarını vermirlər. Mən də hardan alım onların kitablarını? Məlumatım yoxdur yaradıcılıqları ilə bağlı.
- Heç maraqlanmırsınız da...
- Hansıyla maraqlanmalıyam. İndi yazan, maşallah o qədərdir ki... Sadəcə, vaxtım olmur hər şeyi oxumağa. Bəziləri həm də köşə yazarlarıdır. Köşələrini oxuyuram və fikirləşirəm ki, yox, bu köşəni yazan adam çətin ki, yaxşı bir əsər ortaya qoysun.
- Bəs ümid verən gənclər yoxdurmu aralarında?
- Ümid verən adam varsa, istedadı heç cür gizlətmək olmur. İnternet bu dəqiqə bütün dünyanı fəth edib. Əsərini qoy internetə, qoy bütün dünya oxusun, Nobel mükafatı al. Deyirlər, Yazıçılar Birliyi bizə dəstək vermir. Bizim nəsl ədəbiyyata gələndə, tanınanda o vaxtkı Yazıçılar İttifaqı bizə hansı dəstəyi vermişdi. Özümüzü yalnız yazdıqlarımızla təsdiq edə bildik.
- Axı indi kitab çapı da asan başa gəlmir. Güclü maliyyə lazımdır bunun üçün.
- Yazıçılar Birliyi nəşriyyat deyil. Jurnallarımız var, orda çap olunmaq olar. Jurnalların redaktorlarına da demişəm ki, hətta mənim əleyhimə yazanlar da dəyərli əsər gətirirsə, mütləq çap edin. Bizim jurnallara baxın, orda elə adamlar çap olunur ki, aralarında mənim haqqımda ən iyrənc yazıları yazanlar da var.
- Son vaxtlar gənc yazarlar daha çox romana meyl edirlər. Bunu kənardan necə qiymətləndirirsiniz?
- Roman nəsrin ən çətin janrıdır. Kimsə özündə bu qüdrəti, qüvvəti, bacarığı hiss edirsə və roman kimi bir janra girişirsə, uğur olsun. Siz mənə bu işdə kömək edin, Yazıçılar Birliyinə müxalif olan cavanların istedadlı saydığınız əsərlərini mənə çatdırın, oxuyum.
- 5 il əvvəlki ilə müqayisədə ədəbi mühitdə canlanma var, insanların mütaliəyə marağı bərpa olunur. Sizin müşahidələriniz nə deyir? Müasir Azərbaycan ədəbiyyatının mənzərəsi necədir?
(ardı var)