Təbriz teatr səhnəsi axır ki, Türk (Azərbaycan) dilində tamaşaya ev sahibliyi eləyib.
Molyerin “Xəsis” pyesi ilk dəfə olaraq Azərbaycan türkcəsində “Çilis” adı ilə səhnəyə çıxıb.
Pyesi fransızcadan türkcəyə çevirən gənc yazar Ülkər Ucqarın dediklərinə görə, bu, türk dilində Təbrizdə səhnəyə çıxan ilk peşəkar tamaşa olduğu üçün xalq dilinə çox yaxın şəkildə çevrilib, yerli ifadələrdən bol-bol istifadə olunmaqla hazırlanıb.
Tərcüməçi tamaşanın İran türklərində böyük maraq doğuracağına ümid edir.