Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:36

Çılpaq qızlar Vatikanda


Polis aksiya iştirakçısı ilə bacara bilmir
Polis aksiya iştirakçısı ilə bacara bilmir

Ukraynalı feministlər XVI Benediktin gözü qarşısında erotik şəkillər çəkdiriblər

Ukraynanın FEMEN qurumunun üzvləri Vatikanda soyunmaqla Roma Papasına etirazlarını bildirmək istəyiblər.

Bu feminist təşkilatın üzvləri katolik kilsənin qadınlara qarşı ayrıseçkilik siyasətinə eitraz etmək istəyiblər. Aksiya iştirakçılarından ikisini polis dərhal saxlayıb.

Lakin FEMEN-in rəhbəri Aleksandra Şevçenko Papanın bazar günü keçirdiyi ayin vaxtı St. Peter Meydanının ortasına çıxıb və hər kəsin qarşısında çılpaq soyunub.

"Qadınlara azadlıq" şüarını əlində tutan Şevçenko XVI Benediktin gözü qarşısında erotik pozlarda şəkil çəkdirib, hadisə yerinə toplaşan jurnalistlərə açıqlamalar verib.

Aksiyanın sonunda polis həm jurnalistləri, həm də FEMEN üzvlərini saxlayıb. Dörd saatlıq dindirmədən sonra ukraynalı qızları azad buraxıblar.

FEMEN nümayəndələri bu addımları ilə Papanın yürütdüyü patriarxal siyasətə qarşı çıxdıqlarını bildiriblər.
XS
SM
MD
LG