Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:27

İvanishvili deyir ki, prezidentə heç anası səs verməz


İvanishvilinin ilk mətbuat konfransı
İvanishvilinin ilk mətbuat konfransı
“Saakashviliyə heç doğma anası səs verməyəcək”- Gürcüstanın ən varlı adamı İvanishvili seçki iddialarını reallaşdırmağa belə effektli bəyanatlarla başlayır.

Bidzina İvanishvilinin var-dövləti 5 milyard 500 milyon dollardır. Bu, Gürcüstanın Daxili Məhsulunun yarısıdır.

İvanishvili bir həftə qabaq özünün Tbilisidəki 50 milyon dollarlıq evində bir neçə yüz jurnalisti toplayıb, onlarla 4 saat yarım söhbət etdi.


Ivanishvilinin Mtatsminda dağında köhnə Tbilisidə iqamətgahı
Ivanishvilinin Mtatsminda dağında köhnə Tbilisidə iqamətgahı

İvanishvilinin bu birinci mətbuat konfransı onun Gürcüstanda hakimiyyətə gəlmək iddiasının təsdiqi oldu.

Son bir ayı isə İvanishvili özünün proqram baxışlarını “açıq məktublar” şəklində təşviq və təbliğ etməklə keçirib.

İVANİSHVİLİNİN ARZUSU

Gürcüstanın ən varlı adamı “Gürcüstan arzusu” adlı ictimai hərəkat yaratmaq istəyir. Hərəkatın başında özü duracaq.

Məqsəd 2012-ci ilin parlament seçkilərində sadəcə iştirak deyil. İvanishvili “mütləq əksəriyyəti” qazanmaq istəyir.

O bunu real hesab edir. Deyir ki, prezident Saakashvili seçkiləri saxtalaşdırmaq istəyəcək. Ancaq prezident partiyası az səs toplayacaq. O bunu belə izah edir ki, “Saakashvilinin heç yaxın çevrəsinin də artıq ona ehtiyacı yoxdur”.

Parlamentdə səslərin əksəriyyətini qazanandan sonra “Gürcüstan arzusu” prezident Saakashviliyə parlamentdə məhkəmə quracaq, impiçment edəcək.

İvanishvilinin fikrincə onun hərəkatı o qədər güclü olacaq ki, kiminləsə blok yaratmağa ehtiyac olmayacaq.

Bunlar milyarderin saydıqlarıdır, indi görək Gürcüstan hakimiyyəti nə sayır.

GÜRCÜSTAN QANUNLARI

Gürcüstan qanununa görə, partiyanı yalnız Gürcüstan vətəndaşı maliyyələşdirə bilər.
İvanishvili Rusiya və Fransa vətəndaşıdır.
Onun Gürcüstan vətəndaşlığını oktyabrda hakimiyyət ləğv etdi.

Gürcüstan qanununlarına görə, ikili vətəndaşlıq olmaz.

Gürcüstan qanunları vətəndaşlığı olmayanın yalnız QHT- qeyri-hökumət təşkilatı yaratmasına icazə verir.

Ancaq İvanishvili izah etmir ki, “Gürcüstan Arzusunu” hansı formada yaradıb, hansı şəkildə maliyyələşdirəcək ki, Gürcüstan qanunları pozulmasın.

Bircə onu deyir ki, Gürcüstan vətəndaşları və beynəlxalq aləm Saakashviliyə təzyiq edəcəklər ki, onun vətəndaşlığını bərpa etsin.

Əgər bu alınmasa, İvanishvilinin ehtiyat planları da var. İvanishvili bu planaların detallarına varmasa da deyir ki, planların hamısı seçki yolu ilə hakimiyyətə gəlməyi nəzərdə tutur.

İvanishvili hakimiyyətə gəlsə, prezidentin səlahiyyətlərini azaldacağını, özünün ya parlament sədri, ya da baş nazir olacağını bildirir.

RUSİYA HAQDA

Var-dövlətini Rusiyada qazanmış İvanishvili Rusiya haqda deyir ki, 2008-ci ildə Rusiya Gürcüstana görünməmiş təcavüz edib. Ancaq milyarderin fikrincə, buna təhdid edən Saakashvili olub.

Maraqlıdır ki, İvanishvili bu mövzuda danışanda, hətta geniş mətbuat konfransında bir dəfə də olsun Gürcüstanın ərazi bütövlüyünü vurğulamayıb.

KƏNARDAN BAXIŞLAR

Müxalifətdə olan Gürcüstan Xristian-Demokrat partiyasının lideri, parlamentin sədr müavini Levan Vepkvadze:

“Siyasət biznesdən fərqlidir. Bir mətbuat konfransını təşkil edə bilməyən bütöv ölkəni necə idarə edəcək?”

Prezidenti müdafiə edən Birləşmiş Milli Hərəkatdan deputat Giorgi Gabishvili:

“Rusiyada milyardlarla dollar var-dövləti olanın Kremllə yaxlınlığı qaçılmazdır. Biz elə sadəlövh deyilik ki, Gürcüstanda siyasi aktiv olmaqla Rusiyada milyardlara sahib olmaq arasında əlaqəni görməyək”.


TƏHLİLÇİ FİKRİ


Vladimir Socor, Jamestown Foundation-ın eksperti
Vladimir Socor, Jamestown Foundation-ın eksperti
Vaşinqtondakı Jamestoun Fondunda Terrorizm, Təhlükəsizk məsələləri mərkəzində təhlilçi olan Vladimir Socor hesab edir ki, 55 yaşlı milyarderin siyasətə qatılmağı hətta onun özü üçün gözlənilməz olub.

Təhlilçinin fikrincə, İvanishvilinin pul gücünə dövlət hakimiyyətinə yiyələnmək istəyi Gürcüstana çox baha başa gələ bilər.
XS
SM
MD
LG