Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:44

«Xural» qəzeti Müsavat partiyasına köçür


Əvəz Zeynallı
Əvəz Zeynallı
Müsavat partiyası öz ofisindən çıxarılan «Xural» qəzetinə fəaliyyətini davam etdirmək üçün iki otaq verib. Bu barədə AzadlıqRadiosuna «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı məlumat verib:
«Biz onlardan bir otaq istəmişdik, amma Müsavat partiyası bizə iki otaq verdi».

Onun dediyinə görə, icarədar onlarla indi fəaliyyət göstərdikləri ofisi tərk etməklə bağlı xəbərdarlıq edib. Bu səbəbdən də qəzet noyabrın 11-də həmin ofisdən köçməyi planlaşdırır
Məlahət Zeynallının dediyinə görə, bu ünvanda da müvəqqəti fəaliyyət göstərcəklərini düşünür. O hesab edir ki, sonda redaksiyanı yaşadıqları evə köçürməyi planlaşdırılar.

Oktyabrın 28-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı üç aylıq həbs edilib.

Baş Prokurorluq onun deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edildiyini bildirir.
Noyabrın 5-də isə ona qarşı yeni ittiham irəli sürülüb. Daha 3 nəfər Korrupsiya Qarşı Mübarizə İdarəsinə müraciət edərək baş redaktorun onlardan da rüşvət istədiyini bildirib.
Əvəz Zeynallı isə bütün ittihamları təkzib edir. Həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.
XS
SM
MD
LG