Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:47

Gürcüstan əyalətlərində odunla qızınırlar


«Odunla dolu bir «QAZ-53» 500-550 lari (300-330 dollar) edir»
«Odunla dolu bir «QAZ-53» 500-550 lari (300-330 dollar) edir»
Gürcüstanda «Hər kənddə qaz» proqramı həyata keçirilir. Ölkənin 70 faizinin qazla təmin edilməsini nəzərdə tutan bu proqramın icrası 2013-cü ildə başa çatacaq. Hazırda Gürcüstanın 42 faizi qazlaşdırılıb.

Əyalətlərdə hələ də qışda odun yandırırlar. Səbəb təbii qazın qiymətinin yüksək olmasıdır. Laqoxedi vilayətinin sakinləri deyirlər ki, onlar qazla isinə bilmirlər:

QAZ BAHADIR

«Qaz bahadır. Kubmetrinin qiyməti 47 tetridir (28 sent), istilik sistemi üçün isə daha çox qaz lazımdır. Məcburuq odun alıb evi isidək».

Axaltsixe vilayətinin sakinləri də eyni fikirdədirlər:

«Qazla isinmək yaxşı olardı, amma bu, bizə baha oturar. Keçən il, məsələn, odun ucuzvarı idi, odun yandırırdıq. Bu il nə edəcəyik, bax, bunu hələ ki bilmirik, çünki odun da bahalaşıb. Ümumiyyətlə, yaşamaq çox çətinləşib».

KİM NƏ QƏDƏR İSTƏYİR ODUN GƏTİRƏ BİLƏR

Əvvəllər Gürcüstanda bu məsələdə müəyyən məhdudiyyətlər olub. Hər ailənin 7-15 kubmetr odun istifadə etmək haqqı var idi.

Qazın kubmetrinin qiyməti 47 tetridir
Qazın kubmetrinin qiyməti 47 tetridir
Nazir Aleksandr Xetaquri deyib ki, belə məhdudiyyətlər korrupsiya mənbəyinə çevrildiyindən, qanunda dəyişikliklər edilib:

«Hazırda yalnız bir məhdudiyyət var: kənd sakininin meşə materialları və ya odunu satışa çıxarmaq hüququ yoxdur. Amma şəxsi ehtiyacları, məsələn, evini isitmək və ya tikinti işləri üçün istənilən qədər odun və taxta götürə bilər».

DÖVLƏT RÜSUMU 3-4 DOLLAR

Odunun 1 kubmetrinin qiyməti regiondan-regiona fərqlənir. Orta qiymət isə 70-100 lari (42-60 dollar) təşkil edir. Meşədən odun gətirmək üçün vətəndaş öncə banka dövlət rüsumu (3-4 dollar) ödəməli və qəbz almalıdır.

Bundan sonra sakin meşə idarəsindən mütəxəssisə üz tutur ki, odun kəsmək üçün lazım olan ərazi ilə onu tanış etsin. Bəzi regionlarda bu, problemə çevrilib. Məsələn, Samtsxe-Cavaxeti sakinləri deyirlər ki, odun kəsmək üçün nəzərdə tutulan əraziyə aparan yollar qəzalı və istifadəyə yarasızdır:

Meşədən odunu 24 saat ərzində kəsib çıxartmaq lazımdır
Meşədən odunu 24 saat ərzində kəsib çıxartmaq lazımdır
«Keçən ilin bu vaxtı odun artıq alınmışdı. İndi isə deyirlər ki, meşədən odunu 24 saat ərzində kəsib çıxartmaq lazımdır. Nəqliyyat yoxdur deyə, biz də çatdıra bilmirik bu vaxt ərzində».

1 MAŞIN ODUN 300 DOLLAR

Qışda Kaxetiya vilayətinin kəndliləri də odun sobasından istifadə edirlər. Amma əksəriyyət gileylənir ki, evi bu cür isitmək baha oturur:

- «Odunla dolu bir «QAZ-53» 500-550 lari (300-330 dollar) edir».

- «Hər gün 4-5 dəfə odun gətirib satırlar, amma 1 maşın 400 lari (240 dollar) edir».

- «Mən kəndli adamam, un almalıyam, çörək almalıyam. Heç olmasa, hökumət bu odun problemini özü həll etsin».
XS
SM
MD
LG