Noyabrın 21-də Amerikanın birinci xanımı Mişel Obamanın dəstəyi ilə poeziya ilə bağlı xüsusi proqrama start verilib.
Proqram çərçivəsində ABŞ-ın ali məktəblərindən 5 tələbə şair seçiləcək və onlar gələn il ölkəni gəzərək seminarlar vasitəsilə, eləcə də kitab oxumaqla və başqa üsullarla poeziyanı təbliğ edəcəklər.
Bu barədə Röyters agentliyinə istinadla oxuzali.az xəbər verir.
"İnsan şeir oxumaq və yazmaqla öyrəndiyini ömrü boyu unutmur" - deyə M.Obama bəyanatında bildirir: "Bu, insanın təxəyyülünü qanadlandırır, təfəkkür sərhədlərini genişləndirir və hətta dərslərini daha yaxşı oxumağa ruhlandırır".
"The National Student Poets" adlanan mükafatı xanım Obamanın fəxri sədr olduğu İncəsənət və Humanitar Elmlər üzrə Prezident Komitəsi və daha iki təşkilat - Muzey və Kitabxana Xidmətləri İnstitutu, eləcə də qeyri-kommersiya qurumu olan Gənc Sənətçilər və Yazarlar Alyansı təsis ediblər.
Seçilmiş 5 tələbə şairə 5 min dollarlıq mükafat veriləcək və onlar ölkə boyu müxtəlif icmalara ezam ediləcəklər ki, ədəbiyyat səfirləri kimi orada uşaqların öz fikirlərini yazıda ifadə etmək və gördüyü işlərə yaradıcı yanaşmaq vərdişlərini inkişaf etdirsinlər.
Hər il Amerikada "Scholastic Art & Writing Award" proqramı çərçivəsində onlarla gəncə rəssamlıq, memarlıq, yazıçılıq, moda, media, fotoqraflıq və başqa sahələrdə mükafatlar paylanır.
Yeni proqram üçün 5 şair də elə indiyəcən sözügedən proqramın qalibi olmuş gənclər arasından seçiləcək.
Hər il ABŞ-da 180 min tələbə "Scholastic Art & Writing Award" proqramına sənəd verir. 1923-ci ildə təsis edilmiş proqramın qalibləri arasında gələcəyin böyük yazıçıları - Sylvia Plath və Joyce Carol Oates da olub.