Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:38

Rafiq Tağı dəfn edildi [VİDEO]


Rafiq Tağının dəfni
Gözlə
Embed

No media source currently available

0:00 0:01:30 0:00
Direct-ə keçid

Noyabrın 24-də mərhum yazıçı-jurnalist Rafiq Tağı Bakıda «Qurd Qapısı» deyilən ərazidəki qəbirstanlıqda dəfn edilib.

-
"Rafiq Tağı kəskin ağciyər iltihabından ölüb».

Səhiyyə Nazirliyinin Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Şakir Musayev i«ANS»ə belə deyib. Bu, ilkin diaqnozdur. Amma müayinələr davam edəcək:

«Ölümə səbəb kəskin ağciyər iltihabıdır. Bu, aldığı travmanın - bıçaq yarasının nəticəsidir. Bu, bizim ilkin diaqnozumuzdur. İndi laborator müayinələr üçün bütün zəruri bio-materiallar götürülüb. Hərtərəfli yoxlanandan sonra son diaqnoz veriləcək. Çalışırıq elə komponent hazırlansın ki, bütün məsələlərə aydınlıq gəlsin».

--
Rafiq Tağını noyabrın 19-da əməliyyat etmiş həkimlərdən biri Nizaməddin Əsgərov AzadlıqRadiosuna açıqlamasında bildirmişdi ki, Rafiq Tağı vəfat edən zaman o, Rafiq Tağının yanında olmayıb, amma həkimlərin ona dediyinə görə, yazıçı qusuntu kütləsinin nəfəs yolunu tutmasından ölüb.
--

***

Rafiq Tağı bir qədər əvvəl «Qurd Qapısı»ndakı qəbiristanlıqda dəfn olunub.

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, ailə üzvləri ilə yanaşı, jurnalistlər, yazıçılar, şairlər də dəfn mərasimində iştirak ediblər.

***

Rafiq Tağının ölümü anasından gizlədilib. Qardaşları AzadlıqRadiosunun əməkdaşına deyiblər ki, yazıçının nə bıçaqlanması, nə də ölümü haqda analarına heç nə deməyiblər. Onların fikrincə, yaşlı ananın ürəyi belə xəbərə tab gətirə bilməz.

***

Yazıçı Rafiq Tağı Bakıda, «Qurd Qapısı» kimi tanınan ərazidəki qəbiristanlıqda dəfn olunacaq.

Bu haqda AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

Hazırda mərhumun cənazəsi Hacı Əjdər bəy məscidində yuyulub kəfənə tutulur. O, günorta saatlarında evindən götürüləcək.

***

RAFİQ TAĞI KİM İDİ?

RAFİQ TAĞI HAQQINDA AZADLIQRADİOSUNUN VİDEO REPORTAJI

RAFİQ TAĞININ ÖLÜMÜNƏ REAKSİYALAR



***

Rafiq Tağının xəstəxanada ölməsi xəbəri ABŞ və Avropa mətbuatında da yayılıb.

Associated Press agentliyi və “Washington Post” qəzeti bunları yazır: “Öz yazılarında İran rejimi və İslamı tənqid edən Azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağı qəddarca hücuma məruz qalandan sonra müalicə olunduğu xəstəxanada ölüb.

Rafiq Tağı İranla bağlı yazdığı yazılara görə hücuma məruz qaldığını güman elədiyini bildirmişdi. İran səfirliyi isə bu iddiaları “əsassız” elan etmişdi”.

***

Yazıçı Rafiq Tağının cənazəsi noyabrın 24-də səhər saatlarında ailəsinə təhvil veriləcək. Kulis.az-ın məlumatına görə, bu barədə Klinik Tibbi Mərkəzin ekspertiza şöbəsindən məlumat verilib.

Məlumata görə, yazıçının cəsədi üzərində aparılan ekspertiza prosesi uzandığı üçün cəsəd sabah səhər saatlarında ailəsinə veriləcək.

Yazıçının harda dəfn olunacağına isə sabah qərar veriləcək.

Rafiq Tağı vəfat edərkən yanında olan qardaşı danışır
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00
Direct-ə keçid

Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev deyib ki, bıçaq zərbəsi Rafiq Tağının qarın boşluğunda dalağı və mədəaltı vəzinin quytuğunun zədələndiyinə görə, yazıçının vəziyyəti ağırlaşıb. Buna görə də Rafiq Tağı vəfat edib.

RAFİQ TAĞI KİM İDİ?

RAFİQ TAĞI HAQQINDA AZADLIQRADİOSUNUN VİDEO REPORTAJI

RAFİQ TAĞININ ÖLÜMÜNƏ REAKSİYALAR

***

Rafiq Tağını noyabrın 19-da əməliyyat etmiş həkimlərdən biri Nizaməddin Əsgərov AzadlıqRadiosuna deyir ki, hadisə baş verən vaxt o, Rafiq Tağının yanında olmayıb, amma həkimlərin ona dediyinə görə, yazıçı qusuntu kütləsinin nəfəs yolunu tutmasından ölüb:
“Ağır xəstəydi, amma öləsi xəstə deyildi. Ölümündən beş-on dəqiqə əvvəl onun vəziyyəti normal idi. Həkimlər qan təzyiqini ölçmüşdülər. Deyib-gülürmüş. Qəfildən halı pisləşib, yanında olanlar həkimləri çağırıblar. Bizim təxmini fikirləşdyimizə görə, öz qusuntu kütləsindən boğulub ölüb. Dəqiq bilmirəm, ola bilsin ona çay-su veriblər. Nəsə içib, ürəkbulanması olub, kütlə nəfəs yoluna gedib, boğulub, ölüb. Biz başqa səbəb tapa bilmirik. Yenə dəqiq deyə bilmərəm, məhkəmə orqanları öz sözlərini deyərlər”.
***
Rafiq Tağının cəsədi morqa aparılıb.
***
AzadlıqRadiosunun müxbiri xəstəxanadan xəbər verir ki, həkimi Rafiq Tağının ölümünü onun nəfəs dayanmasıyla əlaqələndirir.

***
Rafiq Tağı noyabrın 23-də saat 13:00 radələrində son müsahibəsini AzadlıqRadiosuna verib.
Yazıçı vəziyyətini stabil-ağır kimi qiymətləndirib. Özünə hər hansı təhlükə hiss etmədiyini deyib.

***
Klinik Tibbi Mərkəzdə olan AzadlıqRadiosunun əməkdaşı bildirir ki, yazıçı günorta təqribən 15.15 radələrində vəfat edib. Özünü pis hiss edən yazıçı reanimasiyaya aparılıb. Qardaşının sözlərinə görə reanimasiya şöbəsinə çatanda Rafiq Tağı vəfat etmişdi.


Noyabrın 23-də Klinik Tibbi Mərkəzdə müalicə olunan yazıçı Rafiq Tağı vəfat edib. Bu barədə məlumatı yazıçının dostları və qohumları AzadlıqRadiosuna deyib.

Noyabrın 19-u axşam naməlum şəxslər yazıçı Rafiq Tağını bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan yazıçı əməliyyat edilmişdi.

RAFİQ TAĞI KİM İDİ?

RAFİQ TAĞI HAQQINDA AZADLIQRADİOSUNUN VİDEO REPORTAJI

RAFİQ TAĞININ ÖLÜMÜNƏ REAKSİYALAR
XS
SM
MD
LG