Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:38

Misirdə toqquşmalar davam edir



Noyabrın 23-də Misirin paytaxtı Qahirədəki Təhrir meydanında və ölkənin başqa yerlərində nümayişçilərlə ordu arasında toqquşmalar olub. Qarşıdurma artıq 5-ci gündür ki, davam edir.

Baxmayaraq ki, Misirin de-fakto rəhbəri, müdafiə naziri və Ali Baş Qərargah rəisi Marşal Hussein Tantawi çərşənbə axşamı televiziyayla müraciətində 2012-ci ilin iyununa qədər president seçkisi keçirməyi və hakimiyyəti mülki idarəçilərə təhvil verəcəyini vəd edib.

Misirdə parlament seçkiləri noyabrın 28-də keçiriləcək. Prezident seçkilərinin isə 2012-ci ilin sonu və ya 2013-cü ildə keçirilməsi təklif edilirdi. Amma ölkəni idarə edən ordu bu tarixi azı yarım il önə çəkməyi təklif edir.

Tantawi müvəqqəti hökumətin istefasını da qəbul elədiyini və bütün qüvvələrin təmsil olunduğu yeni hökumət formalaşdıracaqlarını bəyan edib.

Əvvəlki hökumətin təklif etdiyi Konstitusiya islahatlardan birini ordunun vətəndaş nəzarəti - siyasi hakimiyyətin nəzarətindən çıxarılması və öz büdcəsini müəyyənləşdirmək imkanı verilməsi idi.

Ancaq etirazçılar Tantawinin nə hökuməti istefaya göndərməsi, nə də prezident seçkisi ilə yeni təklifindən razı deyil. Qahirədə Təhrir meydanda 100 minlərlə adam hələ Hosni Mubarakin dövründən Müdafiə naziri olan Tantawini əvvəlki rejimin vaxtında olduğu kimi, repressiyalarla ölkəni idarə etməkdə ittiham edirlər.

Etirazçılar ordunun təxribatçıları olduğunu iddia edir bə bildirirlər ki, həmin adamlar binaları yandırır, molotov kokteylləri atır, sonra da, guya ki, iğtişaş törədənləri təmizləmək bəhanəsi ilə onlara qarşı güc tətbiqbiq edirlər.

Həkimlər bildirirlər ki, son 5 gündə Qahirədə azı 35 nəfər ölüb. Rəsmilər isə cəmi 28 nəfərin öldüyünü deyir. Alexandria şəhərində bugünkü toqquşmalarda azı bir nəfər ölüb, 28 nəfər yaralanıb.

Yarırəsmi "Al-Ahram" qəzeti Tanta şəhərində bir gün əvvəl hərbçilərin atdığı qaz qumbaraları üzündən 9 aylıq körpənin zəhərlənib öldüyünü bildirib.

“Al-Ahram” qəzeti bugünkü sayında İKinci İnqilabın başladığını élan edib və orduyla vətəndaş cəmiyyəti arasındakı qarşıdurmanın kəskinləşməsi təhlükəsinin böyüdüyünü yazıb.
XS
SM
MD
LG