"Adamlar..." silsiləsindən
Eh, Qırmızım..
Nərminə
sən ona ovcundan su içirtməyi düşünərsən
sən onun gözlərinin içindən öpmək istərsən
sənə ona
ağatlı,
bozatlı,
yel qanadlı
deyərsən
sən onu gül içindən tapdığın
xallı böcək tək
əzizlərsən
əzizlərsən…
sən onu
çox
lap çox
hamıdan çox sevərsən…
o…
…ayrılanda arxanca boylanmayan kişiyə
dönməyə dəyməz, Qırmızım…
…lap birinci
kirpiklərindən öpmək istəməyən kişini
sevməyə dəyməz, Qırmızım…
Eh, Qırmızım..
Nərminə
sən ona ovcundan su içirtməyi düşünərsən
sən onun gözlərinin içindən öpmək istərsən
sənə ona
ağatlı,
bozatlı,
yel qanadlı
deyərsən
sən onu gül içindən tapdığın
xallı böcək tək
əzizlərsən
əzizlərsən…
sən onu
çox
lap çox
hamıdan çox sevərsən…
o…
…ayrılanda arxanca boylanmayan kişiyə
dönməyə dəyməz, Qırmızım…
…lap birinci
kirpiklərindən öpmək istəməyən kişini
sevməyə dəyməz, Qırmızım…