Ərəb Dövlətləri Liqası Suriyaya qarşı sanksiyalar tətbiq edir.
Qətərin xarici işlər naziri Hamad bin Yassim Qahirədə keçirdiyi mətbuat konfransında təşkilata daxil olan 22 ölkədən 19-nun sanksiyaları dəstəklədiyini bildirib.
Söhbət ilk növbədə Suriya ilə iqtisadi layihələrin dayandırılması və bu ölkənin xarici banklardakı aktivlərinin dondurulmasından gedir.
Dəməşq bu addımı satqınlıq kimi qiymətləndirib.
Bunlara da nəzər salın
Bazar günü Suriyada daha 10 nümayişçinin öldürüldüyü bildirilir.
Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.
BMT bu müddət ərzində 3 500-dən çox adamın öldürüldüyünü deyir.