Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:43

Bakı metrosunda gedişhaqqı artdı


Foto: Arxiv
Foto: Arxiv

Metroda gediş haqqı 20 qəpik oldu. Bu qərar Tarif Şurasının iclasında qəbul edilib. Iclasda Bakı Metropoliteninində sərinişindaşıma xidməti tarifinə baxılıb və gedişhaqlarının bu il dekabrın 1-dən 15 qəpikdən 20 qəpiya qaldırılması barədə qərar qəbul edilib.

Tarif Şurasından verilən məlumata görə, 2030-cu ilədək metro stansiyalarının sayının və xətlərinin uzunluğunun artırılması nəzərdə tutulub. Bu, Bakı Metropolitenin Perspektiv İnkişaf Planında öz əksini tapıb. Bu plan çərçivəsində vaqon parkının yenilənməsi, yeni stansiyalarının istismara verilməsi və sair işlər görüldüyündən, gediş haqqının qaldırılması qərara alınıb.

Tarif Şurasından bildirilir ki, dekabrın 1-dən gediş haqqı 20 qəpik olacağına baxmayaraq, 1 sərnişinin birdəfəlik gediş xərci hələ də mövcud tarifdən bir neçə dəfə yüksəkdir.

Məlumatda deyilir ki, yeni tariflər bir sıra MDB ölkələri və qonşu dövlətlərin uyğun tarifləri ilə müqayisədə xeyli aşağıdır. Belə ki, metro ilə sərnişindaşıma tarifi Moskvada 71 qəpik, Sankt-Peterburqda 63 qəpik, Kazanda 38 qəpik, İstanbulda 74 qəpik, Kiyevdə və Tbilisidə 20 qəpik təşkil edir.

Azərbaycanın Tarif (qiymət) Şurası son iclasında metro haqqından başqa isti su, isitmə, məşət tullantılarının da tariflərinə baxıb.

Tarif Şurasının iclasında bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin tarifləri əhali qrupu üzrə 1 nəfər üçün ayda 30 qəpik, digər qruplar üzrə 1 kub metr üçün 10 manat, tullantıların zərərsizləşdirilməsi tarifləri 1 kub metr üçün 1,2 manat səviyyəsində təsdiq edilib.
Bununla da əhali üçün zibilin yığılması və daşınması qiymətləri 2 dəfə artdı.

Şuranın müvafiq qərarı ilə bu sahədə istehlakçılara xidmətlərin müqavilə əsasında göstərilməsi tapşırılıb.

Tarif Şurasının iclasında “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən isti su təchizatı və isitmə xidmətlərinin tarifləri də müəyyənləşdirilib.

İsti su tarifləri əhali qrupu üzrə 1 kub metr üçün 40 qəpik və qeyri-əhali qrupu üzrə 1 kub metr üçün 1,5 manat səviyyəsində təsdiq edilib.
Sayğac quraşdırılmamış mənzillərdə isə 1 nəfər üçün isti su sərfinın aylıq norması 2 kub metr səviyyəsində müəyyən olunub.

Bundan başqa, Tarif (qiymət) Şurasının qərarı ilə isitmə xidməti tarifləri 1 kvadrat metr yaşayış sahəsinə görə əhali qrupu üçün aylıq 15 qəpik, qeyri-əhali qrupu üzrə isə 1 kub metr isidilən həcm üçün aylıq 25 qəpik və ya 1 Qkal enerji üçün 30 manat səviyyəsində təsdiq edilib.

Şura yeni isti su tariflərini belə izah edir:

“Hazırda əhali üzrə isti su təchizatı xidmətləri təqribən 1500 ailəni əhatə edir və “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən isti su təchizatı və isitmə xidmətləri üzrə gəlirlərin yalnız 10%-i əhali qrupu üzrə formalaşır. Bu baxımdan, yeni tariflər “Azəristiliktəchizat” ASC-nin rentabelli fəaliyyətini təmin edəcək səviyyədə olmasa da, xidmətin davamlılığının və keyfiyyətinin artırılması ilə bağlı bir sıra zəruri işlərin görülməsinə imkan yaradacaq”.

Yeni tariflər 1 dekabr 2011-ci il tarixindən qüvvəyə minəcək.

XS
SM
MD
LG