- Ürəyim xəstədir, bir də şəkərim var. Ərdəbilə müalicəyə gedirəm.
- Tez-tez gedirsiz?
- Hər üç aydan bir.
- Burda xəstəxana yoxdur ki?
- Var, amma mən aparata düşməliyəm, burda da o aparatlar yoxdur. Bakı da bizə uzaqdır, gedib-gəlmək nə qədər xərc tələb edir. Həm də orda çox bahadır. İranda ucuzdur.
- Siz Astaralısız?
- Yox, Lənkərandanam.
- Lənkəranda Müalicə Diaqnostika Mərkəzi tikiblər, elə Cəlilabadda da. Niyə ora getmirsiz? Hər şəraiti, avadanlığı da var.
- Orda da bahadır. Burda müraciət elədim, dedilər “zob”um var, amma Ərdəbildə həkimlər dedilər ki, məndə heç bir “zob” yoxdur.
- Gedib-gəlməyə nə qədər xərciniz çıxır?
- 100 dollar. Orda dərman da ucuzdur. Çox çıxsa, 10-15 manat. Burda çox bahadır...
“BELƏ ƏZİYYƏTLƏ GEDİRSİZ İRANA?”
Bu sualım təxminən 50-60 yaşlarında olan Rəfiqə Cavadovanın Astara gömrüyündə dəmir barmaqlıqlardan qurulmuş keçid-qəfəsin içində saatlarla basa-basda qalmasına işarə idi. Onunla söhbətləşdiyimiz vaxt gömrükdə giriş qapılarının biri açılanda, ora elə axın yarandı ki, diktofon və kameramı zorla qoruya bildim. Ayaq altda qalıb əzilməmək üçün qəfəsə sıxıldım. Qəfəsin içində olan Rəfiqə xala da onu kənara itələyib çölə çıxmağa can atanların gücünü birtəhər ram etmək istəyirdi. Qəfəsdəki bir kişi isə adamların üstünə dırmaşıb, ayağını onların çiyninə qoya-qoya qapıya sarı cumdu. Gömrüyün qapıları bağlanan kimi bayaqdan bir-birini itələyən, sıxan adamlar nəhayət sakitləşdilər. Rəfiqə xala çiynindəki ayaq izini təmizləyə-təmizləyə üzümə baxdı:
- Burda belə çətindir, o tərəfdən rahat keçirsən. Elə də uzaq deyil, Lənkəran-Astara-Ərdəbil. Bu gün gedib axşama da qayıdacam...
XƏSTƏLƏR ÜÇÜN KEÇİD...
Astara gömrüyündəki qələbəlikdə kimin müalicəyə, kimin alış-verişə getdiyini təyin etmək çətindir. Amma görünür İrana dərdinə əlac axtarmağa gedənlərin sayı çoxdur ki, gömrük məntəqəsində ayrıca bir keçid xəstələr üçün nəzərdə tutulub. Bu keçiddən həm də şəhid ailələri, əlillər, müharibə və əmək veteranları istifadə edə bilər.
Vəli dayı isə nə onlar üçün ayrılan bu keçiddə, nə də o birilərində özünə yer tapmışdı. Basabasda üstü-başı palçığa bulaşmışdı. Əlacsız-əlacsız o taya necə keçəcəyini fikirləşirdi...
NEFT ŞİRKƏTİNİN REGİONLARDA SƏHİYYƏ İNVESTİSİYASI...
Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR son illərdə ölkənin bir neçə bölgəsində - Naxçıvan, Lənkəran, Cəlilabad, Şirvan, Xızı, Gəncə, Bərdə, Quba, Zaqatala, Qəbələ, Şamaxıda Müalicə Diaqnostika Mərkəzləri tikib. Mərkəzlər demək olar ki, eyni layihə əsasında aparılıb. SOCAR-ın məlumatına görə, hər bir mərkəzdə inzibati, qəbul, hemodializ, konsultativ poliklinika, cərrahiyə profili 20 çarpayılıq stasionar, anesteziologiya və reanimasiya şöbələri fəaliyyət göstərir.
Məlumatda deyilir ki, köməkçi müalicə-diaqnostika bölməsinə Funksional Diaqnostika (ultrasəs müayinəsi (USM), elektrokardioqrafiya (EKQ) və exokardioqrafiya (Exo KQ) daxildir.
Bundan başqa orada şüa diaqnostikası (rentgen müayinəsi, kompüter tomoqrafiyası), maqnit rezonans tomoqrafiya (MRT), fizioterapiya (masaj, elektriklə və işıqla müalicə), laboratoriya şöbələri (biokimyəvi, hematoloji, immunoloji-seroloji və mikrobioloji) də yer alır.
Hər bir Müalicə-Diaqnostika Mərkəzində 256 tibbi və texniki heyətin işləməsi nəzərdə tutulub.
Mərkəzlərin tikilməsinə 100 milyon manatdan çox vəsait xərclənib.
GÖRKƏMİ İLƏ GENDƏN SEÇİLƏN BİNA
Astaradan qayıdanda yolumuzu Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə saldıq. 3 mərtəbəli, bir neçə korpuslu binada sakitlikdir. Adda-budda adamlar görünür. Ginekoloqun qapısı ağzında dayanan iki qadına yaxınlaşıram. Nazilə Qafarova adlı bir xəstə deyir ki, o, Zərifə həkimin adına görə bura gəlib, onun xidmətindən də narazılığı yoxdur.
Başqa bir şöbədə isə həkim gözləyən iki qadın xidmətin pulsuz olduğunu, həkimlərə gizlicə “hörmət” edildiyini pıçıldayır.
Rayonun Şıxlar kəndinin sakini Lətifə Rəhimova isə dializ xəstəsidir. Əvvəllər Bakıda özəl tibb müəssisələrin birində müalicə götürüb, indi bura gəlir. Oğlu Bəhadil anasına xidmətdən ağızdolusu danışır. Amma deyir ki, bəzən iynə-dərman problemləri olur:
- Bəzən filtrlər vermirlər. Yəni filtrlərin ölçüləri var: F7, F8, F6. Hökumət bunlara ayda iki dəfə F7 filtri verir.
- Növbə yaranmır?
- Çox adam var, üç növbədə işləyirlər. 10 aparatdır. Allah köməkləri olsun, dadımıza çatırlar...
BAŞ HƏKİM RAZIDIR...
Tikintisinə 9 milyon manatdan çox vəsait xərclənən Cəlilabad Müalicə Diaqnostika Mərkəzi Cənub bölgəsinin 500 min əhalisi üçün nəzərdə tutulub. 2008-ci ildə istifadəyə verilməsi nəzərdə tutulsa da, rəsmi açılışı iki il sonra baş verib. Qırmızı lentini ölkə başçısı İlham Əliyev özü kəsib. Baş həkimi Eldar Hacıyev bildirib ki, mərkəzdə 130-dan çox işçi çalışır, onun 20-dən çoxu həkimdir. Baş həkim deyib ki, hemodializ şöbəsi tam gücü ilə işləyir və 60 xəstə qəbul etmək iqtidarındadır. Eldar Hacıyev təkcə iki ay ərzində 50-dən çox xəstənin əməliyyat olunduğunu bildirib. Eldar Hacıyev onu da deyib ki, 11 ümumi anesteziya aparıblar.
NARAZI XƏSTƏ...
Yolüstü dəydiyim Cəlilabad xəstəxanasında isə Rifanə Quliyeva şikayətləndi ki, ağrıları tutanda onu ilk öncə diaqnostika mərkəzinə aparıblar. Amma onu orda qəbul etməyiblər ki, gecikmisən, əməliyyat risklidir. Gənc yaşlarında olan Rifanə Quliyeva rayon xəstəxanasının yarıqaranlıq binasında kor bağırsaq əməliyyatı keçirməyə məcbur olub.
YERLİ STATİSTİKA...
Əməliyyata ehtiyac duyan yerli sakinlər hara üz tuturlar? Bu sualın cavabını statistik məlumatların müqayisəsində aradıq. Bu ilin iyun-iyul aylarında Müalicə Diaqnostika Mərkəzində 50-dən çox xəstə stasionar cərrahiyyə əməliyyat keçirib və onların yalnız 11-i ümumi anesteziya (narkoz) olub. Cəlilabad rayon xəstəxanasının 40 çarpayılıq cərrahiyyə şöbəsində isə bu aylarda 160-dan çox xəstə əməliyyat olunub.
Cəlilabad rayon xəstəxananın baş həkimi Valeh Məmmədov Azadlıq Radiosuna bildirib ki, əməliyyatların 80 faizi ümumi narkoz altında keçirilib: “Adətən, mürəkkəb əməliyyatlarda ümumi anesteziya aparılır. Kiçik miqyaslı, sadə əməliyyatlarda isə yerli keyitmədən istifadə olunur”.
Cəlilabadda söhbət elədiyim sakinlər regionda MDM-nin tikilməsini, ora müasir avadanlıqlar gətirilməsini sevinclə qarşıladıqlarını deyirlər. Sakinlərin sözlərinə görə, yerli xəstəxananın şəraiti yaxşı deyil, tibbi avadanlığı da köhnədir. Amma onu da əlavə edirlər ki, bölgədə peşəkar həkim yoxdur. Ona görə də xəstələrin çoxu İrana gedir.
BƏRDƏ MDM-İNDƏ NƏLƏR GÖRDÜK?
Yolumuz Bərdə rayonunda yerləşən Müalicə Diaqnostika Mərkəzinədir. Tikintisi təxminən 13 milyon manata başa gəlmiş Bərdə Müalicə Diaqnostika Mərkəzi 11 hektarlıq ərazidə yerləşir. 2009-cu ildə onun da qırmızı lentini prezident İlham Əliyev kəsib. Ancaq bu mərkəzin qapısı həkim çatışmazlığı üzündən uzun müddət bağlı qalıb.
Elə indi də orada qələbəlik yox idi. Barmaqla sayılacaq qədər adam həkim qəbulunda idi. Cərrahi-stasionar şöbədə isə boş palatalar gözümüzdən yayınmadı. Yalnız bir palatada xəstə olduğunu gördük. Sonradan görüşdüyümüz baş həkim Musa Baxışov da etiraf etdi ki, 20 çarpayılıq cərrahiyyə şöbəsində cəmi iki xəstə var. Musa Baxışov xəstələrin olmamağını mövsümlə (biz Bərdəyə avqust ayında getmişdik) əlaqələndirdi.
Baş həkimin sözlərinə görə, həkim çatışmazlığı var. Üstəlik ginekoloqa, endekrenoloqa ehtiyacları var:
“Tanınmış həkimləri dəvət edirik, amma gəlmirlər ki, sizin verdiyiniz maaş bizi təmin eləmir. Bizdə pulsuzdur tibbi xidmət, amma həkimə imkan yaradırıq ki, o, xarici ölkəyə təcrübəsini artırmağa getsin. Məsələn, indi oftalmoloqu Türkiyəyə təcrübəyə göndərmişik”.
Araşdırma çapa hazırlanarkən Musa Baxışovla əlaqə saxlayıb son vəziyyətlə maraqlandıq. O, hər-hansı rəqəm açıqlamaq istəmədi, yalnız onu dedi ki, son aylarda əməliyyatların sayı artıb.
“ANTİKVAR” PALATALARDA BOŞ ÇARPAYI YOXDUR
Bərdə Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsi isə xəstə ilə dolu idi. Baxmayaraq ki, palatalar Sovetlər dönəmindən qalıb, tibbi avadanlıq az qala “antikvardı”. Çarpayıların, kiçik dolabların da köhnəliyi görkəmindən görünürdü... Buranın xəstəxana olduğunu yalnız yanından ötən tibb işçilərinin geyimdən anlamaq olur. Xəstəxananın rəhbərliyindən aldığımız məlumata görə, səhhətində problemlərlə üzləşəndə yerli əhali yalnız bura üz tutur. Baş həkimin müavini Rəna Mustafayeva deyir ki, cərrahiyyə şöbəsində ay ərzində təxminən 100 əməliyyat aparılır. O əlavə edir ki, artıq onların yeni, müasir palataları olan xəstəxana binaları var və bir neçə aya kimi bütün şöbələri ora köçürəcəklər.
Amma hələ ki, xəstələr təmtəraqlı görünüşü, gigiyenik təmizliyi, geniş, işıqlı palataları, müasir tibbi avadanlıqları olan Müalicə Diaqnostika Mərkəzini yox, buranı seçiblər. Bunun səbəbini cərrahiyyə şöbəsinin palatalarındakı xəstələrin özündən soruşdum. Əksəriyyəti sualımı təəccüblə qarşıladı:
- Həkim müayinəsinə getmişdik, amma bilmirdim ki, orda cərrahiyyə əməliyyatı edirlər.
- Yox... orda əməliyyat olunduğunu bilmirdik ki...
- Nə biləydik, necə əməliyyat edəcəklər. Amma burda həkimi tanıyırıq.
- Mən müalicə üçün ora getmişdim, özü də pulsuz baxdılar, çox razı qaldım.
Araşdırmamız sayta hazırlanarkən öyrəndik ki, artıq bütün xəstəxana müasir tibbi avadanlıqla təchiz edilmiş binaya köçürülüb.
PEŞƏKAR HƏKİM QITLIĞI...
Bərdə sakini Ləman Babayeva isə deyir ki, rayonda peşəkar həkimə ehtiyac böyükdür. O, həkimə ehtiyac yarananda Bakıya üz tutduqlarını söyləyir. Həyat yoldaşının səhv diaqnozlarla müalicə olunduğunu iddia edən Elxan Salmanov isə gileylənir ki, Müalicə Diaqnostika Mərkəzinə müasir tibbi avadanlıq gətirilsə də, bu aparatları işlədən mütəxəssis yoxdur. İndi o, borc-xərc edib xanımını İrana aparmağa hazırlaşır.
GƏNCƏDƏN GƏLİRƏM, YÜKÜM...
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə də regional bölgəni əhatə edən Müalicə Diaqnostika Mərkəzi 2010-cu ilin əvvəlində fəaliyyətə başlayıb. Təxminən 11 ha-lıq ərazidə yerləşən, tikintisi 13 milyon manata başa gələn MDM-də də həkim çatışmazlığı var. Eyni zamanda pasiyentlər uzun növbədən şikayətçidirlər. Baş həkim Rauf Yəhyayev də bəzi sahələr üzrə peşəkar həkim çatışmazlığını etiraf edir. Amma deyir ki, bu problem tezliklə həll olunacaq. Uzun növbələrə gəlincə isə, Rauf Yəhyayev qeyd edir ki, bütün Gəncəbasar bölgəsindən onlara müraciətlər gəlir, pasiyent sıxlığı var. Gün ərzində 80-100 nəfəri qəbul etməli olurlar. O hesab edir ki, Gəncədəki xəstəxanalar, poliklinikalar həm tibbi təchizata, həm də xəstəyə münasibətə görə onlarla rəqabət apara bilməzlər:
- Artıq onlar özləri hesab edirlər ki, şəhərdə ən yaxşı xəstəxana buradır. Burda müayinə olunur, ehtiyac yarananda cərrahiyyə əməliyyatı edilirlər. Bunun hamısı xəstəyə pulsuz başa gəlir.
Baş həkim deyir ki, dərman təchizatı ilə onları da, digər MDM-ləri də ARDNŞ təchiz edir.
Pasiyent sıxlığını isə özümüz də müşahidə elədik, qan analizi vermək istəyəndə məlum oldu ki, ən azı 15-20 gün gözləməliyik.
“BÖLGƏLƏRİN SPESİFİK XÜSUSİYYƏTİ NƏZƏRƏ ALINMALIDIR”
Üç regionda Müalicə Diaqnostika Mərkəzləri ilə bağlı müşahidələrimizi ekspertlərlə, iqtisadçılarla bölüşdük. İqtisadçı Natiq Cəfərlinin fikrincə, bu tipli layihələr qeyri-şəffaf həyata keçirilir, cəmiyyətə doğru dürüst məlumatlar verilmir:
“Belə layihələrin büdcə əsaslandırılması olmalıdır, açıq tenderlər olmalıdır”.
Onun sözlərinə görə, ikinci mühüm məsələ bu investisiyaların səhiyyə xidmətinin keyfiyyətinə təsirinin ölçülməsidir:
- Təəssüf ki, belə mərkəzlərin açıldığı bölgələrdən, hələ də insanlar diaqnoz və müalicə üçün ya Bakıya, ya da qonşu ölkələrə, Gürcüstan, Türkiyə, İran və Rusiyaya üz tuturlar. Deməli, əsas binaların görkəmi, fasadı, orada olan avadanlıq deyil. İnsanlara xidmət keyfiyyətinin, standartlarının yaxşılaşdırılması bir hədəf olmalıdır.
Natiq Cəfərli deyir ki, hökumət əvvəlcə bölgələrdə olan spesifik xüsusiyyətləri nəzərə almalıdır:
- Yəni, əvvəlcədən hansı rayonda, bölgədə, hansı növ xəstəliklərin daha yayğın olması müəyyənləşdirilməlidir. Bundan sonra həmin xəstəliklərin profilaktikası, diaqnozu və müalicəsi üçün uyğun olan mərkəzlər tikilməli, avadanlıqlar alınmalıdır. Üstəlik, həkimlərin və bütün tibbi personalın müasir elmi tələblərə cavab vermələri yoxlanmalı, yeni, gənc kadrları rayonlarda işə cəlb etmək üçün müəyyən təşviq proqramları qəbul edilməlidir.
“ORTADA İQTİSADİ ƏSASLANDIRMA YOXDUR”
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə deyir ki, MDM-ləri tikilən zaman onlar monitorinq aparıblar və bir sıra sualları cavabsız qalıb:
- Niyə Bərdə?! Niyə Şəki yox?! Bu sualın cavabını heç kim bizə əsaslandıra bilmədi. Heç bir dislokasiya təqdim olunmadı. Yalnız dedilər ki, dislokasiya Prezident Aparatı ilə birgə müəyyənləşib. Layihələr isə Regionların Sosial İqtisadi İnkişaf Proqramına uyğun olaraq, regionlarda səhiyyədə olan mövcud problemləri aradan qaldırmaq məqsədi daşıyır. Monitorinq zamanı bizə hər hansı texniki-iqtisadi əsaslandırma sənədləri, sifarişçi təqdim olunmadı. Bizdə belə bir təsəvvür yarandı ki, yuxarıdan biri Neft Şirkətinə zəng edib deyir ki, iki aya filan rayonda klinika tik. Yəni hər hansı iqtisadi əsaslandırma yoxdur ortada. Bu, ictimai vəsaitdir, tikintini sifariş edən zaman isə tender keçirilməyib. Soruşanda dedilər ki, buna vaxt yoxdur. Demək olar ki, eyni layihə üzərində tikiblər bütün mərkəzləri.
Mirvari Qəhrəmanlı deyir ki, mərkəzlərin indiyə kimi tam gücü ilə işləyə, əhalinin tam etimadını qazana bilməməyinə səbəb kadr problemidir:
“Bu qədər pul xərclənib, ancaq düzgün idarə olunma siyasəti qurulmayıb. Ona görə də canı ağrıyan İrana gedir, ya rayon adamıdırsa, Bakıya gəlir. Rayondadakı peşəkar saydığı həkimin yanına gedir. Əslində ən böyük ehtiyac budur ki, həkimləri peşəkarlıqlarını artırmaq üçün Avropa ölkələrinə təcrübəyə göndərsinlər”.
DÖVLƏT SİFARİŞİNİ ALAN ŞİRKƏT VERGİ ÖDƏYİCİSİ DEYİL?
Müsahibimiz hesab edir ki, MDM-lərinin tikintisində də şübhəli məqamlar var:
“Tender keçirilməyib, onda bu sifarişi hansı əsasla, meyarla bu tikinti şirkətlərinə veriblər”.
Tender məsələsi ayrı bir araşdırmanın mövzusu olsa da, Azərbaycan Dövlət Neft Şirkətinə göndərdiyimiz məktubda tikinti şirkətlərinin seçim meyarı ilə bağlı suallar da vardı. Amma SOCAR suallarımızı cavablandırmadı. Mirvari Qəhrəmanlı isə iddia edir ki, tender keçirilməməyi onlarda şübhə yaradıb:
“Dəyəri milyonlarla manatla ölçülən layihələri özlərinə yaxın tikinti şirkətlərinə verdiklərini güman edirik”.
SOCAR Neftçilərin Hüquqların Müdafiə Komitəsinin sorğusu əsasında onlara yalnız tikinti şirkətlərinin adlarını təqdim edib.
Biz də Vergilər Nazirliyinə sorğu göndərib şirkətlər haqqında məlumat istədik. Nazirlik bizə siyahıdakı tikinti şirkətləri ilə bağlı reyestr məlumatlarını göndərdi, yalnız biri - “İnşaat avtoservis” MMC ilə bağlı bildirdi ki, bu müəssisə haqqında onlarda heç bir məlumat yoxdur.
ARDNŞ-nin məlumatında “İnşaat avtoservis” MMC-nin Zaqatala MDM-ni tikdiyi göstərilir. Onun tikintisinə təxminən 10 milyon manat xərclənib.
CAVABSIZ MƏKTUBLAR
İndiyə kimi MDM-lər ARDNŞ-nin balansında olsa da, bir neçə aylıq cəhdlərimizə baxmayaraq, onlar suallarımızı nə yazılı, nə də şifahi cavablandırmaq istədilər. Şirkətin vitse-prezidenti Bədəl Bədəlovun və sosial-inkişaf idarəsinin sədri Qasım İbrahimovun imzası ilə redaksiyamıza daxil olan rəsmi cavablarda MDM-lər ilə bağlı informasiya daşıyıcısı olmadıqları bildirilib. Səhiyyə Nazirliyinin AzadlıqRadiosuna verdiyi açıqlamaya görə, MDM-lər onların balansında deyil. Araşdırmamız yekunlaşan ərəfədə isə öyrəndik ki, Gəncə MDM-si Prezident Yanında Xüsusi Tibbi Mərkəzə verilib və digərlərinin də bu qurumun balansına veriləcəyi gözlənir.
Bundan sonra keyfiyyətə hansı dəyişikliklər baş verəcəyini isə zaman göstərəcək.