İslami Strateji Araşdırmalar Mərkəzi (Islamic Strategic Studies Center) dünyanın 500 ən nüfuzlu müsəlmanının adını açıqlayıb. Siyahıda Azərbaycandan 4 nəfər yer alıb.
Müsəlmanların nüfuz reytinqinə prezident İlham Əliyev, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, İçərişəhər Cümə məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu və məşhur muğam ifaçısı Alim Qasımovun adları daxil edilib.
ƏRDOĞAN ÜÇÜNCÜ YERDƏ
İslami Strateji Araşdırmalar Mərkəzi 2009-cu ildən etibarən bu siyahını hazırlayır. Bu il siyahıda birinci yerdə Səudiyyə Ərəbistanın kralı Abdullah bin Aziz Al Saud, ikinci yerdə Mərakeş kralı VI Mohammed, üçüncü yerdə isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın adı çəkilib. Dünyada sözükeçən müsəlmanlar siyahısında beşinci yeri İran ali dini rəhbəri Ayətullah Hacı Sayyid Ali Xamenei tutur.
Siyahı hazırlanarkən 14 kateqoriya üzrə tanınmış, aktiv fəlaiyyətinə görə fərqlənən insanlar arasında seçim aparılıb. Bura siyasətdən tutmuş insan haqları, idman və mədəniyyət kimi sahələr aiddir.
Bu günlərdə nüfuzlu Foreign Policy jurnalı dünyanın ən tanınmış 100 mütəfəkkirinin siyahısını hazırlayıb. Maraqlıdır ki, burada da üçüncü yerdə Türkiyə baş nazirinin adı çəkilib.