Amma bu qələbə həm də onları ölkənin idarəçiliyinə nəzarət edən Ali Hərbi Şura ilə üz-üzə qoya bilər.
Misirdə Müsəlman Qardaşlığı təşkilatının təmsilçiləri noyabrın 28-29-da keçirilən parlament seçkisinin birinci mərhələsində böyük qələbəyə ümid edirlər. Bu seçkilər Misirdə 27 əyalətdən hələlik cəmi doqquzunu əhatə edir, amma nəticələri həlledici ola bilər. Çünki bura Misirin paytaxtı Qahirə, ikinci böyük şəhəri Aleksandriya, həmçinin bir neçə kənd yerləri daxildir. Bu əyalətlərdə keçirilmiş seçkinin nəticələri dekabrın 1-də axşam elan edilməlidir.
Siyasi təhlilçilər bildirirlər ki, vətəndaşların bu seçkidə görünməmiş fəallığı Müsəlman Qardaşlığının qələbəyə ümidlərini artırıb. Bu təşkilat Misirin bu ilin fevralında hakimiyyətdən qovulmuş prezidenti Hosni Mubarakın 30 illik hakimiyyəti dövründə qadağan edilsə də rejimin ən böyük müxalifəti kimi mövcudiyyətini saxlayırdı.
İndi Müsəlman Qardaşlığı tələb edir ki, parlamentdə çoxluğu təşkil edən qüvvə yeni hökuməti də formalaşdırmalıdır.
Bu, isə indi ölkəyə rəhbərlik edən hərbi şura ilə ciddi fikir ayrılığı deməkdir. Fevraldan bəri Misirdə hakimiyyətə nəzarət edən hərbi şura hökuməti özünün formalaşdıracağını, parlamentin onu buraxmağa səlahiyyətinin olmayacağını bildirir. Onlar həmçinin yeni konstitusiyanın yazılması üçün parlamentin bir neçə vacib səlahiyyətlərini əlindən almağa çalışırlar.
Müsəlman Qardaşlığının Azadlıq və Ədalət Partiyasının lideri Mohammed Mursi noyabrın 29-da Qahirədə bir daha bəyan edib ki, yeni hökuməti parlamentdəki çoxluq digər partiyalarla koalisiya şəklində formalaşdırmalıdır.
Bu partiyanın rəsmilərindən olan Sobhi Saleh də bildirir ki, Mursinin bəyanatı hərbi şuranın təkbaşına hərəkət edə bilməyəcəyinə bir mesajdır. Onun fikrincə, Azadlıq və Ədalət Partiyası parlamentdəki yerlərin azı 50 faizini qazanacaq.
Amma siyasi təhlilçilər Müsəlman Qardaşlığının da sürprizlə qarşılaşa biləcəyini istisna etmirlər. Çünki Misirdə parlament seçkisi uzun prosesdir. Bundan sonra yanvarın 11-ə qədər daha iki dəfə müxtəlif əyalətləri əhatə edən seçkilər olmalıdır. Onun da ardınca gələn ilin martında parlamentin yuxarı palatası üçün daha üç mərhələdə seçkilər olmalıdır.
Misirin kənd yerlərində ultramühafizəkar Sələfilər də bu seçkidən çox güclü çıxa bilərlər. Müsəlman Qardaşlığı ilə müqayisədə Sələfilər daha sərt xətt tərəfdarlarıdır. Onların namizədləri Müsəlman Qardaşlığının səslərini parçalaya bilər.
Eyni zamanda, əsas liberal-dünyəvi qrupun – Misir Blokunun da bəzi əyalətlərdən güclü çıxacaqları gözlənir. Bu qrup Müsəlman Qardaşlığına qarşı çıxış edir və Misirdə dünyəvi sistemin qurulmasına çağırır. Bu qrupa Azad Misirlilər Partiyası, ziyalılar, partiyalara üzv olmayan, amma siyasi cəhətdən fəal fərdlər, Misirdəki xristian liderlər daxildir.