Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:42

Aytən Nəsibbəyli. Yağışı sevmirəm...


Yağışı sevmirəm.
Mənə sərinlik gətirmir.
Hər atəşi söndürür eşitmişəm .
Bəs illərdən bəri içimdə yanan
Alova niyə yağmır?
Damlasını saçıma taxıb
Gəzmişəm axşamlar.
Susuz dodağıma bir gilə atmayıb .
Qaçıram,
Bezar olmuşam yağışdan .
Mən dolu istəyirəm ömrümə.
XS
SM
MD
LG