Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:26

Məşhur yazıçı elektron kitab inqilabına təslim oldu


Dünya ədəbiyyatının canlı klassiki, "Fahrenheit 451" və fantastika janrında yazılmış başqa bestsellerlərin müəllifi Ray Bradbury nəhayət ki kitablarının elektron versiyada çapına icazə verdi.

Amerikalı yazıçı lap əvvəldən e-kitab inqilabına müqavimət göstərməkdə idi.

O keçən il " Los Angeles Times" qəzetinə müsahibəsində demişdi: "Yahoo ötən il ərzində 3 dəfə bu ideya ilə bağlı mənə təklif verib. Mən onlara dedim ki, şələ-şülənizi də yığışdırıb cəhənnəm olun".

Amma yazıçının əsərlərini çap edən "Simon & Schuster" nəşriyyatı onun nümayəndəsi Michael Congdon-a müqavilənin yenilənməsinin "qaçılmazlığı"nı bildirib.

"Biz cənab Bradbury-yə vəziyyəti izah etdik. Bildirdik ki, e-kitab hüquqları olmadan yeni müqavilənin bağlanması mümkün deyil" - deyə yazıçının nümayəndəsi bildirib.

91 yaşlı yazıçı həmişə yeni texnologiyalardan gileylənib: "Mobil telefonların sayı həddən artıqdır. Maşımların sayı həddən artıqdır"...

ABŞ-ın "Simon & Schuster" nəşriyyatı - dünyada ingiliscə kitab çap edən 4 ən böyük nəşriyyatdan biridir.
XS
SM
MD
LG