«Ermənistan bu il aşıq məhəbbət dastanlarını erməni sənət nümunəsi kimi UNESCO-nun siyahısına salmaq istəyirdi».
Bu açıqlamanı AzadlıqRadiosunun «İz» proqramına UNESCO-nun eksperti musiqişünas, aşıq sənətinin araşdırıcısı Sənubər Bağırova verdi.
BİR NÜANSI QAÇIRDILAR...
29 noyabr -1 dekabr tarixlərində İndoneziyanın Bali adasında UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 6-cı sessiyası keçirilib. Sessiyadan qayıdan Sənubər Bağırova erməni tərəfinin bir nüansı nəzərə almadığını diqqətə çatdırdı: «Onlar gözləmirdilər ki, bu komitədə aşıq sənəti üzrə mütəxəssis ola bilər».
BUNA PLAGİAT DEYİRLƏR
Protokola uyğun olaraq UNESCO öz ekspertlərinə bir ay əvvəldən sessiyada müzakirə olunacaq faylları göndərir. Sənubər xanım faylları alarkən qəribə bir mənzərə ilə qarşılaşıb: «Gördüm mənim aşıq sənəti ilə bağlı yazılarım eyni ilə bura köçürülüb. 2008-ci ildə Fransada buraxdığımız «Aşıq sənəti antologiyası» albomuna əlavə edilmiş bukletdə bu sənətlə bağlı yazdıqlarımı, yenə mənim müəllifliyimlə 2009-cu ildə UNESCO-nun komitəsindən keçən aşıq sənəti ilə bağlı faylı erməni tərəfi eynilə təqdim etmişdi. Düz 10 səhifəlik köçürülmüş mətn tapdım. Buna oxşarlıq yox, plagiat deyirlər və xaricdə pis baxırlar, sərt cəza verirlər».
BU, DÖVLƏT MƏSƏLƏSİ İDİ
Sənubər Bağırova faylları Mədəniyyət və Turizm Nazirliyinə göndərdiyini dedi: «Bu, artıq dövlət məsələsi idi. Bildirdim ki, erməni aşıq dastanları orada müzakirə ediləcək».
FAYLLAR KOMİTƏDƏN KEÇSƏYDİ...
Sənubər xanım bildirdi ki, fayllar komitədən keçsəydi, xüsusi tədbirlər planı hazırlanacaqdı: «Bu sənət nümunəsinin inkişafı, yayılması üçün. Onlar elə tədbirlər təklif edirdilər ki, təkcə Ermənistan ərazisində deyil, həm də Dağlıq Qarabağı əhatə etsin. Bu, siyasi bir məsələ idi. UNESCO-nun qanunlarına əsasən, təqdim edilən tədbirlər planı ancaq ölkənin öz ərazisində həyata keçirilməlidir. Bizim nümayəndə heyətinin başçısı, UNESCO-nun daimi nümayəndəliyinin əməkdaşı Anar Kərimov çıxış etdi və tutarlı dəlillərlə onların arqumentlərini alt-üst etdi. Təkid etdi ki, UNESCO-nun sənədlərinə bir dövlətin öz tədbirlərini başqa dövlətin ərazisində keçirməsinə qadağa qoyulması haqqında xüsusi bənd salınsın».
KEÇMƏDİ...
Sənubər Bağırova deyir ki, beləliklə sessiyada Ermənistandan təqdim olunmuş iki faylın («Aşıq sevgi dastanı ənənəsi» və «Erməni su festivalı Vardavar») heç biri UNESCO-nun qeyri-maddi mədəni irs üzrə təcili qorunma siyahısına düşməyib: «Konvensiyanın müvafiq müddəalarına zidd olduğu və UNESCO-nun əsas prioritetlərindən olan mədəniyyətlərarası dialoqa və qarşılıqlı anlaşmaya töhfə vermədiyi üçün».
Azərbaycan Aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə təcili qorunma siyahısına daxil edilib.