Qazaxıstanda səkkiz hicablı tələbəni universitetə buraxmayıblar. Qızlar təhsil müəssisəsinin nümayəndələrini bu hərəkətinə görə məhkəməyə verməyə hazırlaşır.
Tələbələr AzadlıqRadiosunun qazax servisinə bildiriblər ki, onları Aktyubinskdə yerləşən Saqtağan Baişev adına Universitetinin nəzarətçiləri giriş qapısından içəri buraxmayıblar. Universitetin nəzarətçisi Nursulə Samatqızı radioya deyib ki, ona başı bağlı tələbələri universitet buraxmamaq haqda göstəriş verilib.
Baş verən hadisə ilə bağlı tələbələr Qazaxıstan İnsan Haqları bürosunun Aktyubinsk filialına müraciət ediblər. Müraciət əsasında büronun hüquqşünası Ağizbek Tologenov adıçəkilən universitetin rektoru Xəlil Xusainovla görüşüb və onu problemin müsbət həlli üçün qərar verməyə çağırıb.
Rektor deyib ki, universitetinin özünün daxili nizamnaməsi var və bu qaydalar Qazaxıstanın “Din və dini təşkilatlar haqqında” qanununa edilən son dəyişikliklərə uyğun gəlir.
“Mən ona dedim ki, universitetin nizamnaməsi Qazaxıstan Konstitusiyasına ziddir. Amma rektor mənimlə razılaşmadı”.
Universitetin sosial məsələlər üzrə prorektoru Bayan Orunbayeva isə məsələni şərh etməkdən imtina edib və hüquq müdafiəçisi universitetdən çıxartdırıb.
Yerli Nurqasir məscidinin təmsilçisi xanım Nursulə Qurbanayis da AzadlıqRadiosuna hicabla bağlı problemdən danışmaqdan imtina edib:
“Çünki Qazaxıstan dünyəvi dövlətdir və hər bir inanclı insan ölkə qanunlarına və qaydalarına riayət etməlidir”.
Qazaxıstan Konstitusiyası bütün vətəndaşları istədiyi dinə etiqad etmək hüququnu tanıyır və buna heç bir məhdudiyyət tanımır. Din də dini təşkilatlar haqqında qana edilən dəyişikliklər hicab və digər dini geyim atributları haqqında bir söz deyilmir.