NƏRMİN KAMAL VYANADAN "OXU ZALI" ÜÇÜN YAZIR
Gerhard Ruiss: "Bizdə ən gənc nəsil yazarlığa “Karyeranın planlaşdırılması” məktəblərində başlayır. Ora “İş axtarıram” deyib daxil olur, onun bacarıqlarını yoxlayırlar..."
“Orada da AYB varmı, oranın AYB-si necədir, AYB yoxdursa, bəs Avstriyada ədəbi həyatın paytaxtı haradır?” – kimdəsə belə bir sual yaranıbmı?
Vyanada ədəbi həyatın paytaxtı “Literaturhaus Wien” – Vyana Ədəbiyyat Evidir.
Avstriyanın başqa bir şəhərində - Zalsburqda ədəbi həyatın paytaxtı “Literaturhaus Salzburg”-dur. Hər şəhərin öz ədəbi ocağı var.
Vyana Ədəbiyyat Evi tərkibinə ədəbiyyatla bağlı üç təşkilatın daxil olduğu böyük bir qurumdur. Həmin təşkilatlardan biri Avstriya Yazarlar Assossiasiyasıdır, sədri şair Gerhard Ruiss-dir. Söhbətimiz onunladır.
- Bioqrafiyanızı oxuyanda gördüyüm “Kanslerin şeirləri” (“Kanzlergedichte”) kitabınızın çox maraqlı adı var. Şeirlərinizi oxumuş olsaydım, söhbətimizə sizin şeirlərinizdən danışmaqla başlayardıq, ancaq sizin “Yazıçılar və jurnalistlər üçün cib kitabı” və “Avstriyada ədəbi həyat” kimi kitablarınız da var. Avstriyada ədəbi həyat – bu həyatda Vyana Ədəbiyyat Evi nə kimi bir yer tutur?
- “Literaturhaus” özündə üç təşkilatı birləşdirir. Təşkilatlardan biri Avstriya Müasir Ədəbiyyatının Kitabxanası, ikincisi Avstriya Yazarlar Assossasiyası ("IG Autorinnen Autoren") və üçüncüsü Avstriya Tərcüməçilər Gildiyası ("Übersetzergemeinschaft") adlanır. “Literaturhaus” üç birliyin ümumi əməkdaşlıq ünvanı formasında 1970-ci illərin sonu, 1980-ci illərin əvvəlindən fəaliyyət göstərir.
O zaman da müasir ədəbiyyat və ədəbiyyata dair sənədlər adını çəkdiyim kitabxanada qorunur, Avstriya yazarlarının professional maraqları Avstriya Yazarlar Assossasiyasında təmsil olunurdu, ədəbiyyat tərcüməçiləri isə üçüncü təşkilatda bir araya gəlmişdilər.
1990-cı ildən həmin təşkilatlar bugünkü formada birləşdi, yeni və daha böyük ünvana köçdü. Üç təşkilatın birləşməsilə biz əsas planımızı həyata keçirmiş olduq, amma reallaşmamış ideyalarımız hələ qalır.
Məsələn, çox istərdik ki, binada ədəbiyyat kafesi və kiçik nəşriyyatların öz kitablarını satması üçün boş yerimiz olsun... “Literaturhaus” həmin üç təşkilatı özünə tabe edən ayrıca bir təşkilat deyil, “Literaturhaus” üç birliyin əmələ gətirdiyi ittifaqdır, binamızda hər üç təşkilatın özünün ayrıca baş ofisi var. Amma əslinə qalsa, “Literaturhaus”-da üç yox, dörd təşkilat var.
Dördüncüsü, Avstriya miqyasında dialektdə yazan yazarların və dialekt ədəbiyyatının birliyidir. Onlar bizim əvvəlki binamızda qalıblar, çünki bizim indiki yerimiz 1300 kvadrat metrdir, burada yerimiz çox deyil, əvvəlki ofisimiz isə 250 kvadrat metrlik ərazidə yerləşirdi.
- “Literaturhaus”un və onun daxilindəki bu üç təşkilatın adi bir yazara nə faydası var?
- “Literaturhaus” müasir Avstriya yazıçılarının həyatında çox mühüm yerə
malikdir. Avstriya Müasir Ədəbiyyatı Kitabxanası müasir Avstriya ədəbiyyatının toplanması və əlaqələndirilməsi mərkəzidir.
Avstriyada nəşr olunan elə bir bədii mətn yoxdur ki, orada olmasın. Tərcüməçilər Gildiyası və Yazarlar Assossasiyası isə tərcüməçilərin və yazarların hüquqlarını təmsil edir, ədəbi həyatı inkişaf etdirir, əhəmiyyətli ədəbi tədbirlər təşkil edir.
Bizim hər gün üçün proqramımız var, “Literaturhaus”-un gündəlik tədbirlərinin elanlarını bir həftə öncədən saytımızdan izləyə bilərsiniz. Vyana Ədəbiyyat Evi nəşriyyat sənayesi, kitab bazarı, nəşriyyat müqavilələri kimi məsələlərdə Avstriya yazıçısının əlindən tutur.
Hər kəs Ədəbiyyat Evinin xidmətlərindən pulsuz yararlana bilər, biz yalnız özümüzə əlavə pula başa gələn məsələlərdə həmin pulun ödənməsini qarşı tərəfdən istəyirik.
Vyana Ədəbiyyat Evi Avstriya və dünya ədəbiyyatının istifadəyə açıq olan ən iri kolleksiyasına malikdir.
Məncə, Ədəbiyyat Evinin bir yazıçı üçün ən mühüm əhəmiyyəti ondadır ki, nə vaxtsa bir bədii mətn müəllifi olaraq ictimaiyyətə təqdim olunan heç kəs ədəbiyyatdan iz-tozu qalmadan itmir, ədəbiyyat evində onların maraqlarının qayğısına qalınır, onlar bizdə professional məsləhətlər alırlar.
Bildiyiniz kimi, belə şeylər başqa yerlərdə böyük pul qarşılığında başa gəlir. Bu yazıçı konsultasiyalarından yararlanmaq üçün heç də buranın üzvü olmaq vacib deyil.
- Ötən əsrdə Avstriya ədəbiyyatının parlaq keçmişi olub, bəs bu günü dünənkindən nəylə fərqlənir?
- 1970-80-ci illərdən fərqli olaraq, bu gün Avstriyada çoxlu nəşriyyatlar var. 1970-ci illərdə Avstriyadakı nəşriyyatların sayı barmaqla sayıla biləcək qədər az idi, bu günsə onların sayı 200-dür.
Yazarların sayı da keçmişdəki ilə müqayisədə bir neçə yüzdən təxminən 5 minə qalxıb.
Ədəbiyyat indi Avstriyada çox nüfuzlu sahədir. 5 min deyərkən mən ədəbiyyatın bütün müasir sahələrində - teatr, film, radio, televiziya mətnləri, uşaq ədəbiyyatı, musiqi mətnləri, kabare ədəbiyyatı sahələrində çalışanları da nəzərdə tuturam.
- Avstriyada yeni nəsl şairlərin və yazıçıların əsas yaradıcılıq meylləri nələrdir?
- Son illər ən çox meyl kriminal romanları və kabarelər üçün mətnlərədir. Ailə xronikaları (saqaları) dəbdədir.
Sanki dahilərin kultu da canlanıb və kitab dükanlarında onlar haqda əsərlər də çoxalıb. Bizdə ən gənc nəsil yazarlığa “Karyeranın planlaşdırılması” məktəblərində başlayır.
Ora “İş axtarıram” deyib daxil olur, onun bacarıqlarını yoxlayırlar, əgər bu gəncdə onun özünün də xəbərsiz olduğu yazarlıq potensialı varsa, onu bu sahəyə yönləndirirlər.
Bir çoxları isə lap başlanğıcdan ədəbiyyat agenti ilə işləyir, əsərini agentə təqdim edir, o isə öz növbəsində bu gənc üçün nəşriyyat axtarışına çıxır. Tez-tez müxtəlif yazarlar parlayır, sürətlə yüksəlirlər.
Əlbəttə, sürətli yüksəliş adamı sürətli enişdən sığortalamır. Gənc yazıçı üçün meydana çıxmaq asan deyil. Çünki nəşriyyatlar daim qoyduqları gəliri itirmək qorxusu keçirirlər. Yazarların əksəriyyəti bu dəqiqə kitab deyil, TV üçün mətnlər yazır.
Çoxlu telekanallar var və onların hamısının yaxşı mətnə ehtiyacı var. Avstriyalı
nəşriyyatlar üçün bestseller hələ də nadir hadisədir.
Adətən bestsellerlər Almaniya nəşriyyatlarının nəşr etdiyi materiallar arasında ortaya çıxır. Ədəbiyyat tədbirlərində perfomanslar geniş yayılıb, bu zaman şeirlər səsli şəkildə, teatrallaşdırılaraq ifa olunur.
Tamaşa mətnləri yazmaq Avstriyada yazarların ən çox meyl etdiyi sahədir. Həm də ənənəvi olaraq, Avstria ədəbiyyatı çox formalist və onomatopeik (sözlərin hissiyyat doğuran səslərlə ifadəsi, “it gəldi” deyil, “ham-ham gəldi” söyləmək bu üsula misal ola bilər) xarakterə malikdir axı.
- Doğrudan da Vyanada teatr heç bir ölkədə görmədiyim qədər məşhurdur, hər küçədə barlar, kafelər olduğu kimi, çoxlu teatr da var. Yazarların əksəriyyətinin bu sahədə pul və karyera qazandığını görən kimi başa düşmək olar. Bəs dövlət və hökumət ədəbi prosesdə necə iştirak edir?
Məsələn, Azərbaycanda vahid Yazıçılar Birliyi var, Azərbaycan hökuməti ədəbiyyat adına yüz ildir ki, yalnız bu mərkəzi qurumu maliyyələşdirir. Onun vasitəsilə ədəbi prosesi əlində saxlamağa çalışır.
Tərifə mükafat, tənqidə cəza prinsipi işləyir. Digər tərəfdə ədəbi azadlıq tərəfdarı olan yeni nəsil var, hökumət onlara münasibətdə aşkar ayrı-seçkilik edir. Bu mənada Avstriya dövlətinin ədəbi prosesdəki payı nədir?
- Avstriyada dövlətlə mədəni qurumlar arasındakı münasibətdə demokratik prinsiplərə riayət edilir.
Dövlətə senzura qadağan edilib, sənət azadlığı Konstitusiyada ayrıca maddə ilə qorunmaqdadır. Ədəbiyyat və incəsənət dövlətə tabeçilikdən və hökumət müdaxiləsindən tamamilə azaddır. Konstitusiya qanunları ədəbiyyatı, sənəti dövlətin təcavüzündən qoruyur. Yəni ədəbi hadisələrə və ədəbiyyata dövlətin birbaşa təsir imkanları yoxdur. Hətta sənətə yardım edərkən, dəstək verərkən belə, dövlət maliyyə qanunlarına əsaslanmalıdır.
Dövlətin öz maliyyə qanunları ondan plüralizmə riayət edilməsini tələb edir. Dövlət təbii ki, kimisə himayə edə, tərcih edə bilər. Lakin bu, siyasi formada olmur.
Maliyyələşdirmə zamanı demək olar ki, həmişə jüri və komissiyalar qərar verir.
Bunlar müstəqil ədəbiyyat və sənət qurumlarının nümayəndələrindən, müəllif təşkilatlarının nümayəndələrindən ibarət olur ki, onlar da həmişə həddən artıq güclü, birtərəfli himayədarlığı kənarlaşdırırlar. Bir nəfərin və ya təşkilatın xeyrinə uzunmüddətli birtərəfli güzəştlər olmur.
Avstriya müəllifləri siyasi iqtidarlara qarşı birləşəndə və öz güclü nümayəndəliklərini, agentiklərini yaradanda təbii ki, Avstriyada çoxları öncə qarşı çıxmışdı. Lakin bunları adladılar.