Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:48

Yevda Abramov: «Görmürlər Azərbaycan necə dövlətdir?»


Yevda Abramov
Yevda Abramov
«Azərbaycanda hər bir vətəndaş nəinki öz hüquqlarına malikdir, bu hüquqları müdafiə edir, uğrunda mübarizə aparmağı bacarır. BMT-nın, Avropanın Azərbaycanda olan orqanları görmürlər Azərbaycan necə dövlətdir?»
Milli Məclisin insan hüquqları komitəsinin sədr müavini Yevda Abramov Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masadakı çıxışı zamanı belə deyib.
««Human Rights Watch» və digər təşkilatlar öz hesabatlarında aparıb Azərbaycanın adını axırıncı yerdə qoyurlar ki, bəs bu ölkədə insanları şaqqalayır, dar ağacından asır, öldürürlər. Burada hamı siyasi məhbusdur. Heç kim düz danışa bilmir. Bəs onda mənə niyə heç nə etmirlər? Mən də danışıram axı. Lazım gələndə nazirləri də tənqid edirəm. Heç kim məni asıb kəsməyib».
Yevda Abramov hesab edir ki, əslində beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquqlarının vəziyyətini öyrənəndə ombudsman Elmira Süleymanovanın, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın hesabatlarını nəzərə almalıdılar.
XS
SM
MD
LG