Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:48

Ölən əsgərin atası prezidentə yazdı


Həlak olan əsgərin valideynləri danışdı...
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00
Direct-ə keçid
«Oğlumun ölümü ilə bağlı istintaq düzgün aparılmır. Bununla bağlı prezidentə 7-8 məktub yazmışam».

Mətbuatın «üzü çürüyən əsgər» kimi təqdim etdiyi, sentyabrın 29-da ölən Eldar Novruzovun atası AzadlıqRadiosuna belə deyir.

İstintaqdan narazı Qədir Novruzov oğlunun ölümü ilə bağlı sonuncu dəfə dekabrın 5-də prezidentə və baş prokurora müraciət edib:

«Mənə heç bir məlumat verilmir. Bir dəfə Respublika Prokurorluğundan deyiblər ki, istintaq gedir. Prezidentə 7-8 məktub yazmışam. Saxtakarlıqdır. Tələbim odur ki, istintaq düz aparılsın. Uşağı Gülhanəyə apararkən yolda ona iynə vurublar, onu öldürüblər. Ondan başqa, Bakıya gətirilməzdən əvvəl 10 gün onu Gəncədə xəstəxanaya qəbul etməyiblər. Məndən rüşvət alıblar... Uşağımın ağciyəri, ürəyi tərtəmiz olduğu halda yazırlar ki, ağciyər, ürək çatışmazlığından ölüb. Halbuki ölümündən 20 gün əvvəl əməliyyat olunub. Bu zaman ürəyinin kardioqrammı da çıxarılmışdı. Mən həmin kardioqrammı da prezidentə göndərmişəm».

Respublika Prokurorluğuna dəfələrlə zəng vursaq da, deyilənlərə münasibət öyrənə bilmədik.

Eldar Novruzov ötən ilin aprelində hərbi xidmətə çağırılmışdı. Burnunda aparılan əməliyyatdan sonra onun üzü çürüməyə başlamışdı. Yaxınlarının tələbindən sonra əsgərin Türkiyəyə müalicəyə göndərilməsinə göstəriş verilmişdi. Amma o, elə təyyarəyə minməmiş ölmüşdü.

Faktla bağlı cinayət işi başlanıb.
XS
SM
MD
LG