Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:35

Çingiz Əlioğlu. Yaşayam gərək


Əlhəd daşı - baş qardaşı,
Sirdaşım bir yorğun ürək.
Bu ürəklə mən bu daşı
Daşıyam, daşıyam gərək.

Söz bülövdü, qələm hanı? -
Qələm dedim, xışı tanı.
Bu bülövlə bu kotanı
Qaşıyam, qaşıyam gərək.

İynə ilə gor qazıram,
Bir gün ölsəm də razıyam.
Mən ki bir dastan yazıram,
Yaşayam, yaşayam gərək...

1990
XS
SM
MD
LG