Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:08

Yeni il qabağı Yerevanda qiymətlər 2-3 dəfə qalxıb


Foto: Arxiv
Foto: Arxiv
Ermənistanda Yeni ildən danışanda, ağla ilk gələn şey bayram süfrəsi və çoxlu qonaqlardır. Amma hər il bayramqabağı söhbətlərin əsas mövzusu qiymətlərin qalxması olur.

Bayram öncəsi əsassız qiymət artımları və alıcıdan mümkün qədər çox pul qopartmaq istəyi Yerevan sakini Suzanna Sarkisyanın da kefinə soğan doğrayıb. O, hələ ki bayram süfrəsi qurmaq üçün heç bir alış-veriş etməyib:

«ƏTİN QİYMƏTİNƏ BAXSINLAR!»

«Yeni il ərəfəsində qiymətlərin kəskin qalxması bir çox problemlər yaradır. Xaricdə əksinədir, qiymətlər düşür bu mövsümdə. Görürsüz, Yeni il qabağı televizorda tez-tez deyirlər ki, qiymətdə böyük dəyişiklik yoxdur. Hər şey 500-1000 drama qalxıbsa, bu, böyük rəqəm deyil? Qoy baxsınlar ətin qiyməti neçəyədir! Demirəm ki, maliyyə vəziyyətim faciəvidir, amma mağazaya girib hər şeyin 2 dəfə bahalaşdığını görəndə, adamın əsəbləri pozulur».

Yerevan sakini Anahit Voskanyan da yüksək qiymətlərdən narazıdır:

«Bayram süfrəsinə həddən çox pul xərcləyirik. Hər şey 2 yox, 3 dəfə bahalaşıb. Keçən illə müqayisədə ən çox meyvə və donuz ətinin qiyməti qalxıb. Məncə, hələ yenə də qalxacaq. Yeni ilin axırıncı həftəsi kəllə-çarxa
Armen Poqosyan
Armen Poqosyan
çıxacaq».

Ermənistan İstehlakçılar Assosiasiyasının rəhbəri Armen Poqosyan da hesab edir ki, bahalaşma dekabrın sonuna qədər davam edəcək. Bayram bahalaşmaları normaya çevrilib və buna heç bir nəzarət yoxdur:

«Qiymətlər qalxıb və bu, hələ davam edəcək. Əsasən də ət, şirniyyat, fındıq və s. Yeni il üçün nə alınırsa, bahalaşıb».

BAHAÇILIĞIN SƏBƏBİ – MONOPOLİYA

A.Poqosyan deyir ki, Ermənistan bazarında monopoliya aradan qalxmayınca, rəqabət yaranmayınca, belə də davam edəcək.

«Ölkəyə gətirilən şəkərin 98 faizi bir şirkətə, qalan 2 faiz də eyni şəxsin başqa şirkətlərinə aiddirsə, onda bazara nəzarət etmək mümkün olmayacaq. Özü də bu işlə deputat məşğul olur. Hansı ki, qanunla bu, yolverilməzdir».

Foto: Arxiv
Foto: Arxiv
Amma bütün problemlərə baxmayaraq, Ermənistanda əksəriyyət bayram süfrəsi açır. Etnoqraf Armenuy Stepanyan deyir ki, artıq bir neçə ildir süfrəsində ət yoxdur. Pulu olsa da, özü istəmir:

YENİ İL ƏNƏNƏSİ – BORCLARI QAYTARMAQ

«Mən ənənəvi yeməklər yox, şorba bişirirəm. İndi Yeni ildə təmtəraqlı süfrə açırlar, halbuki əvvəllər belə olmayıb. Yeni il ənənələri başqadır – məsələn, borcları qaytarmaq. Küsənlər barışırdılar, birlikdə kilsəyə gedirdilər. İndi isə Yeni il süfrəsi açmaq üçün hamı borca girir».

Hər il Yeni ili səbirsizliklə gözləyən 41 yaşlı Alla isə düşünür ki, vacib olan hədiyyələrdir, süfrə yox:

«Mənim üçün ən dəyərlisi uşaqlara, qohum və tanışlara hədiyyə verməkdir. Müxtəlif yeməklərin bişirilməsindən daha vacibdir bu. Bizim ailədə yarım il Yeni ili yaxşı qarşılamaq üçün işləyirik, yarım il də yay tətilini keçirə bilmək üçün».
XS
SM
MD
LG