Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:49

Moskvada mitinq başa çatdı


Moskvanın Saxarov prospektində “Ədalətli seçki” tələbilə keçirilən mitinq sona yetib.

Müxalifətdə olan siyasətçi Vladimir Rıjkov sonda mitinqin qətnaməsini oxuyub:

1. Bütün siyasi məhbusların təcili azad edilməsi.

2. Seçkinin nəticələrinin ləğv edilməsi.

3. MSK sədri Çurovun istefası, pozuntuların araşdırılması və günahkarların cəzalandırılması.

4. Müxalifət partiyalarının qeydiyyata alınması, 2012-ci ilin fevralından gec olmayaraq partiyalar haqqında yeni qanun qəbul edilməsi.

5. Yeni azad və ədalətli Duma seçkisi.

6. Seçicilərin Moskva birliyinin yaradılması.

7. Vətəndaşlara çağırış: 2012-ci il martın 4-də keçiriləcək prezident seçkisində Vladimir Putinə bir dənə də olsun səs verməmək.

Bu tələblərdən 5-i, bundan əvvəl Bolotnaya meydanında qəbul edilmiş və yerinə yetirilməyən tələblərdir.

Müxalifət liderləri bildiriblər ki, əgər tələbləri yerinə yetirilməsə yenidən toplaşacaqlar.

Mitinqin sonunda “Putinsiz Rusiya” şüarları səsləndirilib.

Mitinqdə 10 minlərlə adam iştirak edib.
XS
SM
MD
LG