«Camaatın evlərini veriblər traktorun ağzına. Bu gün bazardır. 30-40 polisi töküblər, həyətləri sökürlər. Adını da qoyublar ki, keçmiş qəsəbə soveti sədrinin sərəncamları qanunsuzdur. Danışanı da həbs edir, 5 sutka verirlər».
AzadlıqRadiosuna danışan Vüqar Əmirovdur. Deyir ki, qəsəbədə özbaşınalıqdır.
Məmmədağa Mayılov deyir ki, dekabrın 25-də polis onun hasarını sökmək istəyib:
«Mən torpağımda tək yaşamıram. 3-4 ailə yaşayırıq, öz ailəm, qardaşımın, qaynımın ailəsi. Oğluma da ev tikmişəm, evləndirəsiyəm. Polis gəlib ki, nəyiniz var yığışdırın, çıxın. Qolu zorluluq edirlər. Deyirlər ki, bu yer satılıb. Necə satıla bilər ki, 15 ildir biz burda yaşayırıq, əkib-biçirik. Əlimdə sənədim də var. Mənim dədə-baba torpağımı başqasına niyə satırlar ki?.. Oğlumu da tutmuşdular, 5 sutka saxlayıb buraxdılar. Mənimlə bağlı cinayət işi də qaldırıblar ki, guya torpaq zəbt eləmişəm. Arxivdən sənədlər çıxartmışam ki, bu sənədlər mənim dədə-baba torpağımdır».
Vüqar Əmirov deyir ki, bu işlərin arxasında qəsəbə «soveti» durur:
«Qəsəbə sovetinin sədri camaata qan ağladır. Gəlir deyir ki, sənin torpağına 20 min manat verirəm, satmırsan, özün bilərsən. Verir traktorun ağzına».
Türkan qəsəbə nümayəndəsinin müavini Firudin Məmmədov isə deyilənləri təkzib etdi:
«Torpaq Abşeron rayonunundur. Düzdür, kənd sakinlərimiz o torpaqları zəbt eləyiblər. Amma bizə aidiyyatı yoxdur, biz nə torpaq satırıq, nə ev satırıq. Biz heç kimin torpağını zəbt etmirik».
Bazar günü olduğu üçün digər rəsmi qurumlarla əlaqə saxlamaq imkanımız olmadı.