Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:36

Bakı və Ankara qaz kəməri sazişi imzaladı


Sazişi Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev və Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız imzalayıb
Sazişi Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev və Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız imzalayıb
Dekabrın 26-da Ankarada Türkiyə və Azərbaycan arasında Trans-Anadolu qaz kəmərinin tikintisi layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb.

Yeni kəmər Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağında hasil olunan qazın Türkiyə vasitəsilə Avropaya nəqli üçün nəzərdə tutulur.

Kəmərin çəkilməsi üçün konsorsium yaradılır. Konsorsiumun ilk iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Türkiyənin TPAO milli neft şirkəti və «BOTAŞ» boru kəməri şirkəti olacaq. Razılaşmaya əsasən, sonradan bura başqa beynəlxalq şirkətlər də qatıla bilər.

Trans-Anadolu (Samsun-Ceyhan) qaz kəmərinin illik gücü azı 16 mlrd. kubmetr olmalıdır. Kəmər Türkiyənin Gürcüstanla sərhədindən Bolqarıstan və ya Yunanıstanla sərhədədək uzanacaq. /apa/
XS
SM
MD
LG