Dekabrın 27-də Müsavat Partiyasının qərargahında dövrünün görkəmli ictimai xadimi, xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşirin (1873-1955) «Xatirələrim» kitabının təqdimatı olub.
Həmidə xanım Cavanşir kitabda atası Əhməd bəy Cavanşir, həyat yoldaşı Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” jurnalı, Qafqaz-İslam Ordusunun Şuşaya gəlişi, Cümhuriyyət dönəmində Qarabağın vəziyyəti haqqında geniş məlumatlar verir.
Sovet hakimiyyəti gəlincə ailənin Təbrizə köç etməsini, “Molla Nəsrəddin”in Təbrizdə nəşrini təsvir edir.
Kitab Qadınlar üçün Qlobal Fondun (ABŞ) dəstəyi ilə Ədalət Tahirzadənin redaktorluğu, Mehriban Vəzirin tərcüməsi əsasında çap olunub.