İranın keçmiş prezidenti Akbar Hashemi Rafsanjaninin qızı 6 aylıq həbs cəzasına məhkum edilib və siyasi fəaliyyəti qadağan olunub. Faezeh Hashemi Rafsanjani 2009-cu ilin prezident seçkilərindən sonra baş verən iğtişaşlar zamanı həbs olunmuşdu. Onu dövlət əleyhinə təşviqatda günahkar biliblər.
2009-cu ilin prezident seçkilərindən sonra başlanan Yaşıl hərəkat adlı etiraz dalğasında yüzlərlə adam tutulmuşdu.