İsveçrənin Sürix şəhərində keçirilən “FİFA Ballon D'or” axşamında jurnalistlər, eləcə də FIFA-ya üzv 208 ölkənin milli komandalarının baş məşqçi və kapitanları dəvətli idi.
23-yaşlı Messi komanda yoldaşı Xavi ilə portuqaliyalı Cristiano Ronaldonu geridə qoyaraq, bu mükafata layiq görüldü.
Messi “Barcelonan”ın keçən mövsüm həm İspaniya liqası, həm də Çempionlar liqasında birinciliyinin qazanmasında mühüm rol oynayıb. Lionel Messi Çempionlar liqasının son mövsümündə həm də “qol kralı” oldu.
“İlin baş məşqçisi” İspaniyanın “Barcelona” klubunun məşqçisi Pep Guardiola elan edildi.
Guardiola “Manchester United” çalışdırıcısı Alex Ferguson və “Real Madrid”in baş məşqçisi Jose Mourinho'nu geridə qoyaraq həmin mükafatının sahibi oldu.
“Barselona” ispan mütəxəssisin rəhbərliyilə 2011-ci ildə 5 kubok qazanıb. Katalan klubu Çempionlar Liqası, İspaniya Liqası, İspaniya Super Kuboku, UEFA Super Kuboku və FIFA Dünya Klublar Kubokunu da muzeyinə aparıb.
Ilin ən gözəl qolun müəllifinə verilən "Puskas Mükafatı" “Flamengo”ya vurduğu qolla “Santos”da forma geyən braziliyali Neymar'ın oldu.
"İlin ən yaxşı qadın futbolçusu" adı isə yapon Homare Sawa'ya getdi. 2011-ci ildə Dünya Çempionu olan Yaponiyanın heyətində oynayan Sawa, 2006-ci ildən bu yana bu mükafata “embarqo” qoyan Braziliya millisinin oyunçularından Marta'nı geridə buraxmağı bacardı.