«Əli və Nino» əsərinin Hollivudda ekranlaşdırılması Azərbaycan üçün əhəmiyyətli olacaq.
Bunu «ANS»ə açıqlamasında əsərin araşdırıcısı, «Azerbaijan International» jurnalının baş redaktoru Betty Blair deyib. Onun fikrincə, Hollivudda «Əli və Nino» filminin rejissoru olacaq Christopher Hempton'un bu əsəri ekranlaşdırmaq istəyi yaxşı ideyadır:
«Christopher Hempton Oksford Universitetini bitirib. O, xeyli sayda film üçün ssenari yazıb. Həmçinin, «Oskar» mükafatçısıdır. Çox ciddi bir yazıçıdır. Həmin filmin ilkin ssenarisini oxudum, çox yaxşı ssenaridir. Hempton çox istedadlı ssenaristdir. Azərbaycanda əsrin əvvəllərində olan inqilab dönəmləri haqqında çox az adamın məlumatı var. İnqilab dövrü dünya tarixinin ən önəmli dövrlərindəndir. Hesab edirəm ki, bu film insanların həmin tarixlə daha yaxından tanış olması üçün dəyərli olacaq. Azərbaycan xalqının azadlıq yanğısı aşılanacaq. Yaşadığımız günlərdə bir çox xalqların müstəqil olmaq istəyini nəzərə alaraq, bu film dünyada baş verən siyasi hadisələr və müasir həyat tərzi baxımından çox dəyərli olacaq».
Əsərin müəllif hüquqları Leela Ehrenfels'ə məxsusdur. O, Vyanada yaşayır. O, kitabı 1930-cu illərdə qeydiyyata alan şəxsin qardaşı qızıdır.
B.Blair deyir ki, 1970-ci ildə bu əsərə Los-Ancelesdə film çəkmək istəyirdilər. Hətta ssenarist də tutmuşdular. Ancaq sonra nəşriyyatçı və kitabı qeydiyyata almış qadın arasında anlaşılmazlıq yarandı və rejissor film çəkmək fikrindən daşındı. Ancaq o, 40 il əvvəl idi. İndi belə bir problem artıq yoxdur.
«Oskar» mükafatı laureatı Christopher Hempton Azərbaycan əsərinin tele-versiyasının ssenarisini hazırlayacaq. Britaniyanın «PeaPie Films» şirkəti filmin çəkilişinə dair müəlliflik hüququ əldə edib və yaxın zamanlarda müvafiq işlərə start veriləcək. Filmin icraçı prodüseri isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
«Əli və Nino» romanında hadisələr 1918-20-ci illərdə Bakıda cərəyan edir. Azərbaycanlı Əli ilə gürcü qızı Ninonun məhəbbəti həmin dövrün gərgin tarixi hadisələri ilə birgə təsvir olunur. 23 yaşlı Əli 1920-ci ildə müstəqil Azərbaycanı - Azərbaycan Xalq Cümhuriyyətini rus-sovet qoşunlarından müdafiə edərkən həlak olur.