Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:46

Bashar Assad hamıya amnistiya elan edib


Bashar Assad
Bashar Assad
Suriya prezidenti Bashar Assad martın ortalarından bu yana ölkədə davam edən kütləvi etirazlar zamanı törədilmiş cinayətlərə görə ittiham olunanların hamısına amnistiya elan edib.

Bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.

Amma agentlik bu barədə hələlik ətraflı məlumat vermir.

BMT-nin baş katibi Ban Ki Moon bazar günü Livanda çıxış edərkən bildirib ki, Bashar
Assad qan tökmək, öz xalqını öldürməyə son qoymalıdır.

O qeyd edib ki, repressiya yolu dalana aparır və ərəb dünyasındakı avtoritar rejimlərin dövrü başa çatır.

BMT-nin məlumatına görə, martın ortalarından bu yana Suriyada 5 mindən çox adam öldürülüb.

Öz növbəsində Suriya hakimiyyəti bu müddət ərzində 2 min əsgərin öldürüldüyünü deyir.
XS
SM
MD
LG