...Son iki ildə ancaq artıq çəki ilə mübarizə məni yorub. Diet saxlamaq istədikcə, daha çox yeyirəm və kökəlirəm. Bircə bundan yorulmuşam...
...İncəsənət Universiteti hər il 30-40 aktyor istehsal eləyir, bu qədər gənc kadr ola-ola 18 yaşlı qız rolunu 55 yaşlı Bəsti Cəfərova oynayırsa, mən niyə ora getməliyəm?..
Simsar.az-ın “Gənc yazarlar” rubrikasının bu dəfəki qonağı Günel Mövluddur.
- Günel xanım haralardasız, çoxdandır səs-sorağınız yoxdur...
- İstanbula getmişdim. Yenicə gəlmişəm.
- Adətən İstanbula, Türkiyəyə yayda gedirlər, siz nə əcəb ilin-günün bu vaxtı İstanbula getmişdiz?
- Yaradıcı insanlar bir az da irrassional olur. Məsələn insanlar adətən çimərliyə yayda gedir. Amma yazar qışın oğlan çağında da dəniz kənarına, çimərliyə gedə bilər. Qışda da orada nəsə tapa bilər.
- Nə tapdınız İstanbulda?
- Əslində, bu yaradıcı səfər deyildi. Rəfiqələrimdən biri Türkiyədə oxuyur, yeni ili Bakıya gəlmək imkanının olmadığını, amma dostların əhatəsində keçirmək istədiyini bildirdi. Qərara gəldik ki, biz ora gedək. Açığı, orda çox darıxdım.
- Hara getsən də, Bakıdan yoxdur, eləmi?
- Mən daha çox Tiflisi sevirəm. Elə bilirəm, Tiflisin bütün küçələrini tanıyıram. Tiflisdə olanda təpədən dırnağa özüm oluram. Tiflisin qəribə bir köhnəliyi, kasıblığı var, keçmişlə doğmalığı var. Bakı isə indi çox varlıdır, kapitalistdir, hətta bir az da harındır. İsitanbulun da hər tərəfindən bu zənginlik yağır.
- Yaradıcılığınızda adətən köhnəliyə qarşı çıxırsız, amma gəzmək, görmək məsələsi gələndə köhnəliyə qaçırsız...
- Görüntünün, əşyaların, binaların köhnəliyində bir doğmalıq, bir az da kübarlıq var. Təfəkkürün köhnəliyi isə təhlükəlidir.
- Günel Mövludun əvvəlki məqalələrində tapdığımızı indi tapa bilmirik. Tükənməmisiz?
- Mən dəyişirəm. Yaşım, dünyagörüşüm, mütaliəm artır. Əgər on il eyni mövzularda yazsam, bax, bu olar tükənmək.
- Sizin üçün tabu var?
- Tabu yoxdur, amma özümə qarşı senzuram, «olmaz»larım, dəyərlərimə, prinsiplərimə münasibətdə inadım var. Cəmiyyətin, valideynlərin, mentalitetin qoyduğu qadağalara gəldikdə isə, mənim üçün belə şeylər yoxdur.
- Bilirsiz ki, yazıçılarımız iki qrupa bölünüb, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri və kənardakılar. Niyə ortaq məxrəcə gələ bilmirsiz?
- Nəyə görə hamı birləşməlidir? Biz on ildir ki, heç nəsiz, heç bir resurssuz, dəstəksiz imza təsdiqlətmişik. Bu dəqiqə mətbuatda parlaq istedadı, imzası ilə seçilən iyirmi nəfər varsa, on yeddisi AYO-dan çıxıb. Yazıçılar Birliyinin arxasında isə həmişə dövlətin əli olub, dövlətin təşkilatçığı, mətbuat orqanları, büdcəsi dayanıb. Bu son ildə AYB-mi daha çox imza təqdim edib Azərbaycan ədəbiyyatına, mətbuatına, yoxsa heç nəyi olmayan Azad Yazarlar Ocağı?
- Hansı qurumda olmasından asılı olmayaraq, yazıçıya mütləq pul verilməlidir?
- Bizi də incidən, ağrıdan elə budur. Hamı elə bilir ki, biz dövlətlə, AYB ilə pul davası edirik. Amma sənin, mənim verdiyim vergidən dövlət büdcəsi formalaşır və milyonlarla pul heç bir istedadı olmayan yazarlara təqaüdə, bir qəpiklik dəyəri olmayan jurnallara, mətbuat orqanlarına xərclənir. Biz vətəndaş olaraq, bu məsələnin hesabını aparırıq. Onun davasını etmirik ki, həmin puldan bizə də ayrısınlar. Rasim Qaraca bizim adımızı prezident təqaüdünə təqdim edəndə, hamımız buna etiraz etdik.
- Bu mübarizəni tək də aparmaq olar. Nobel mükafatı alan bir şəxsin hansısa bir qurumun üzvü olduğunu deyə bilmərik. Bu gün Azəpbaycanda Nobel mükafatına layiq hansısa bir yazar var?
- Mən Həmid Herşçi ilə Aqşin Yeniseyi çox rahat Nobel mükafatına təqdim edərdim.
- Bir yazar kimi Rafiq Tağının ölümü ilə bağlı hansı fikirdəsiz, onu niyə öldürdülər?
- Azərbaycan cəmiyyəti heç vaxt yeniliklərə açıq olmayıb. İstənilən kiçik yeniliyi gətirən insanlar həmişə pis qarşılanıblar. İstər dəb olsun, istərsə də elm, texnika. Rafiq Tağı isə cəmiyətə yeni fikirlər təqdim etdi. Bu fikirlər o qədər ziyanlı, təhlükəli hesab olundu ki, çıxış yolunu onu bıçaqlayıb öldürməkdə gördülər.
- Dediniz ki, Yazıçılar Birliyinə daxil olsaydıq, çox şeyə nail ola bilərdik. İndi çox şeyə nail olmamısız?
- Mən fərqli mənada dedim. Yəni dövlətdən dəstək ala bilərdik, çap olunma imkanlarımız daha çox olardı. Təbii ki, yaradıcı mənada çox şeyə nail olmuşuq. Azərbaycan ədəbiyyatına, mətbuatına imza təqdim eləmişik. İstənilən mətbuat orqanı fəaliyyətə başlayanda AYO-nun üzvləri ilə əməkdaşlıq etmək istəyir. Mən
burada həmin qurumun müdafiəçisi kimi danışmaq istəmirəm, artıq 2 ildir ki, bu ocaqda deyiləm. Amma bu qurum qeydiyyatdan keçmiş orqan deyil, mənəvi dəyərlərin ortaqlığıdır. Mən də indi həmin ortaqlıqdan çıxış edirəm.
- Sizin yazılarınızda insanı cəlb edən, adilikdə qeyri- adilik axtarmanızdır. Buna səy göstərirsiz, yoxsa belə alınır?
- Yaradıcı şəxs ən adi şeydə qeyri-adi nə isə görən adamdır.
- Günel xanım, niyə özünüzə ateist deyirsiz?
- Doğrudur, bu çox sərt səslənir. Amma mən konkret olaraq, dinlərin əleyhinəyəm. Hər insanın haqq-hesabı Allahla öz arasında olmalıdır. Mən ona müdaxilənin əleyhinəyəm. Cənnət-cəhənnəm mövzuları isə xoşuma gəlir, çünki, burada yaradıcı fantaziya var.
- Azərbaycan cəmiyyətində sevgi qalıb, yoxsa, o da maddiləşib?
- İndiki dövrdə insanlar o qədər gəlir-çıxarını bilən olub ki, sevgi münasibətlərini belə kalkulyatorla hesablayırlar, sevgililərinə nə qədər vaxt, nə qədər əsəb, nə qədər pul sərf edəcəklərini də əvvəlcədən planlaşdırırlar.
- Ailə qurmaq haqqında nə fikirləşirsiniz?
- Bunu planlaşdırmıram. Olacaqsa qoy rahat, öz-özünə baş versin.
- Sizi ən çox yoran nədir?
- Ümumiyyətlə məni heç nə yormur. Nə yol, nə yazılar. Son iki ildə ancaq artıq çəki ilə mübarizə məni yorub. Diet saxlamaq istədikcə, daha çox yeyirəm və kökəlirəm. Bircə bundan yorulmuşam.
- Şou-biznes qalmaqallarına baxsanız, bu problemi həll etmış olarsız məncə...
- Heç kimə üstdən-aşağı baxmaq istəmirəm. Düzdü, 99 faiz mügənnilərimizə qulaq asmıram, amma bu mənə onlara hormətsiz yanaşmaq hüququ vermir. Bu səhər bir dostumla söhbət eləyirdim. Dedim ki, əgər mən müğənni olsaydım, ancaq incəsənətdən başı çıxan, zövqlü insanların toplaşdığı yerlərdə, yüksək qonorar müqabilində oxuyardım. Repertuarımda da mütləq ancaq həzin, yaddaqalan, yerli retro musiqilər yer alardı. Amma yenə təkrar eləyirəm, heç kimə yuxarıdan aşağı da baxmıram. Təhlükəli olan isə odur ki, bir gənc universitetdə oxuyur, daha sonra magistratura, aspiranturaya daxil olmağa cəhd edir, ətrafına baxanda isə görür ki, məsələn, Namiq Qaraçuxurlu ömründə bir dənə də olsun kitab oxumayıb, amma hər şeyi var. Onun müəllimi isə illərdir ki, kitab-dəftərlə əlləşsə də, heç nəyi yoxdur, onun elmi ailəsini dolandırmaq iqtidarında deyil.
- Hansı musiqini sevirsiz?
- Klassik musiqini sevirəm. Ovqatımdan asılı olaraq, caza da, blüza da, saza da, muğama da qulaq asıram. Muğamın və ya saz musiqisinin dünyaya tanıdılması üçün göstərilən cəhdlərin əleyhinəyəm. Bu bizimdir - lokaldır, bizim üçündür. Dünya sazı, muğamı deyil, Üzeyir Hacıbəyovu tanımalıdır, onu qəbul eləməlidir, çünki akademik musiqini o yazıb.
- Son zamanlar televiziyada sizi nə maraqlandırır?
- Son vaxtlar ancaq heyvanlar haqqında verilişlərə baxıram. Böyük zövq alıram.
- Teatra necə, gedirsiz?
- Mütəmadi. Amma Azdramaya getmirəm. İncəsənət Universiteti hər il 30-40 aktyor istehsal eləyir, bu qədər gənc kadr ola-ola 18 yaşlı qız rolunu 55 yaşlı Bəsti Cəfərova oynayırsa, mən niyə ora getməliyəm? Gənc Tamaşaçılar Teatrının, Pontomim Teatrının tamaşalarına gedirəm.
- Daha çox kimləri oxuyursuz?
- Ən çox sevdiyim yazıçı Qabriel Qarsia Markesdi. Hazırda Henrix Bölü, Vaslav Haveli, Murakamini paralel oxuyuram.
- Ailəniz, yaşayış tərziniz haqqında da danışardız.
- 10 nəfərlik bir ailədə yaşayıram. Atam, anam, qardaşlarım, onların həyat yoldaşları və uşaqları ilə birlikdə.
- Yazmaqdan başqa nəyi bacarırsız?
- Yaradıcılıq baxımdan heç nəyi. Filmlərə çəkilmişəm amma xüsusi aktrisalıq istedadımın oldugunu düşünmürəm. Toxumağı yaxşı bacarıram. Xalça toxumağı da bacarıram. Hətta anamla birgə bir neçə xalça toxumuşuq. Kulinariya məsələləri də ki sudan asan.
- Sonda belə bir sualımız olacaq. Ədəbiyyatsız Günel kimdir?
- Özümü ədəbiyyatsız təsəvvür eləmirəm. Anamı qucaqlayıb öpəndə də onun qızı kimi yox, yazıçı kimi qucaqlayıb öpürəm...Həmin an da beynimin bir küncü yazmaq haqqında düşünür və yazıçı cümlələri qurur...
Xatirə Nəsirli
Elmar Hüseynov