"Oxunmalı kitablar"
QİSMƏT-in "Oxu zalı"nda yeni rubrikası
EKONUN "PRAQA MƏZARLIĞI": DAHA BİR EKO-ROMAN
“Dünyanın mədəniyyət səmasında, elm fəzasında hər kəsin öz yeri, öz adı, ləqəbi var. Ekonun ləqəbi “saqqallı planet”dir. Bəs bizim səmamızda nə var? Daha çox ayağısürüşkən ulduzlar “ (Təmsiq Elçinoğlu, “Gündəliklərdən” )
Umberto Ekonun romanlarını bəlli bir roman növünə aid etmək həmişə çətin olub. Ona görə də bu çətinlikdən qurtulmaq üçün bəzi ədəbiyyatçılar onun yazdıqlarına eko-roman deyirlər.
“Qızılgülün adı” romanından başlayaraq Eko nə yazıbsa, həmişə maraqla qarşılanıb, səs-küyə səbəb olub.
Sonuncu romanı - “Praqa məzarlığı” da çapdan çıxan kimi İtalyada 230 min nüsxə satıldı və dərhal da bestsellerlər siyahısında birinci oldu.
“Praqa məzarlığı” hələlik Azərbaycanda tərcümə və nəşr edilməsə də, bizə yaxın ölkələrdə - Türkiyədə və Rusiyada oxuculara, bir müddətdir ki, təqdim olunub.
Eko kimi bir alimin, orta əsrlər üzrə şəksiz avtoritet olan bir mütəxəssisin, zəngin kolleksiyasından və əngin biliklərindən yararlanıb yazdığı kitabların bestsellərə çevrilməsi paradoksal səslənə bilər. Çünki nəticə etibarilə, Eko nə Koelyodur, nə Den Braundur, nə də Elif Şafak...
Deyəsən, çox uzaqdan başladıq. Eko ən sadə yolla desək, yarımkütləvi, belletristik, kult ədəbiyyatla elmi və ciddi ədəbiyyatı sintez etməklə, əzəldən bəri məşhur olan iki cəbhəyə bölünmüş oxucuları (böyük ədəbiyyat - qeyri-ciddi ədəbiyyat davalarını xatırlayın!) özündə birləşdirdi.
Bu səbəbdən də onun romanları çox satılsa da, düşünmək olmaz ki, bütün oxucular eko-romanların bütün qatlarına enə bilirlər, hətta bir günə 230 min ədəd kitab alan italyalı oxucular belə...
Keçək “Praqa məzarlığı” romanına və görək bu roman nədən bəhs edir, bu romanı niyə oxumaq lazımdır?
Əvvəlcə başlayaq kitabın arxa üzündəki tanıtım yazısından. “XIX əsr Paris: kommuna günləri, absent dumanları arasında hazırlanın cinayətlər, kanalizasiyadakı cəsədlər, partlayışlar, üsyanlar, taxma saqqallar, saxta notariuslar, uydurma vəsiyyətlər, satanist dəstələr, qara ayinlər, cinsəlliklə çox da maraqlanmayan, xəstələrinin yuxularına çox da burnunu soxmamağa qərarlı bir həkim – Freyd...
Torino, Palermo, Paris kimi şəhərlərdə dolaşan isterik bir satanist, iki dəfə ölən rahib, masonlara qarşı intriqa yaradan Cəzvidlər, rahibləri öz bağırsaqlarıyla boğan masonlar, əyriayaq, raxit Harribaldi, saxta bir sənədin “Sion müdriklərinin protokolları”na çevrilməsi...”
Eko “Praqa məzarlığı”nı montaj texnikası ilə yazıb. Şəxsi arxivindən, qəzet xəbərlərindən yararlanıb qurduğu mətn adam heyrətləndirir.
Oxuduqca fikirləşməyə başlayırsan ki, ən adi gündəlik qəzetlərin birindəki kiçik xəbərdən tutmuş, marketdə şampun alanda satıcının sənə verdiyi çekə qədər hər şey bir ədəbiyyat mətninin tərkibi ola bilər.
Eko oxuduqca adama “bu adamın bilmədiyi nəsə varmı?” dedizdirən bir zənginliklə yazılmış bu romanında XIX əsr Avropa tarixinin çox önəmli mərhələlərini hiylələr, yalanlar zənciri kimi yenidən yazmağa cəhd edib. Bununla da akademik çevrələrdən tutmuş, sıravi tarixsevərlərə qədər hər kəsə, mübahisələr üçün əlverişli zəmin verib.
Tarixə bu cür, hiylələr, yalanlar, saxtakarlıqlar zənciri kimi yanaşmaqla, Eko sanki oxucunu faşizmin Avropadakı tarixi köklərinə enməyə istiqamətləndirir.
Romanın baş qəhrəmanı Simon Simonini üzdə əntiq əşyalar dükanı işlədən, arxa planda isə saxta sənədlər düzəldən bir adamdı. Simonini həm də yaddaşsızlıqdan və şəxsiyyət ikiləşməsindən əziyyət çəkir. Simonini bu mənada məşhur Çin pritçasındakı, yuxuda kəpənək görən, oyanandan sonra isə, yuxuda kəpənək olduğunu görən adammı, yoxsa adam olduğunu görən kəpənəkmi olduğunu aydınlaşdıra bilmir. “Mən Dalla Piccolanı unudan Simonini və Simoninini unudan Dalla Piccola da ola bilərdim “
Eko romanını gündəliklər şəklində qurub, amma informasiya bolluğu içində oxucu başını itirməsin deyə, sonda br açıqlama və bələdçilik üçün bir cədvəl də yerləşdirib kitaba.
Ekonun bütün əsərləri tək, bu kitabını da oxumaq ədəbiyyatsevərlərə ilk növbədə ona görə faydalıdır ki, “Praqa məzarlığı” ənənəvi qayda üzrə, yəni süjet, ardıcıllıq, xronologiya, həyat, səmimiyyət və başqa klişeləşmiş formullarla mətnə qiymət vermək, öz vərdişlərindən kənardakı bütün mətnləri dərhal qaralamaq kimi şablonların qırılmasına yardımçı ola bilər.
Ekonun romanı macəra xətti, detektiv elementləri, sirli-müəmmalı tərəfləri ilə oxucuya doğru addım atır, amma eyni zamanda intellekt tələb edən qatlarıyla da sanki oxucuya deyir: bir az mən sənə tərəf gəldim, bir az da sən cəhd elə mən tərəfə gəl.
Gəlin, baxaq görək, “saqqallı planet” özü bu kitab barədə nə deyib:
“Sevgiyə aid çoxlu roman var, amma sevgidən daha geniş yayılmış nifrət barədə bir
roman yazmağın zamanı gəlmişdi. Nifrət daha çox yayılıb, çünki nifrət olmasaydı, savaş,suç və irqçilik olmazdı. Sevgi – fərdidi (“Səni sevirəm, sən də məni sevirsən, onda dünyanın geridə qalanı bizim münasibətimizdən kənardadı”.) Nifrət isə tamamən kollektiv və ictimaidir. Məsələn, bir xalq başqa bir xalqa, bir millət başqa bir millətə nifrət edə bilir. Nifrəti bəsləmək diktatorların öz davamçılarını bir yerdə saxlamaq üçün seçdikləri yoldur. Diktatorlar buna görə nifrət tələb edirlər, sevgi yox. Xatırlayıram, uşaqlığım faşist diktaturası ilə idarə olunan bir ölkədə keçdi. Bizə hey başqa millətlərə nifrət etmək öyrədilirdi – fransızlardan, ingilislərdən, amerikalılardan... Sevməyə məcbur edildiyimiz yeganə insan Mussoliniydi. Bu tərbiyə metodu uğursuz alındığı üçün çox sevinirəm, “Praqa məzarlığı”nı buna görə yazdım“.
Ekonun qəhrəmanı Simonini romanın bir yerində ironiya ilə deyir: “ Bir fransızın öz milləti ilə əlaqədar bir yanlışı qəbul etməsinə nail olmaq üçün gərək bir başqa xalq haqqında pis sözlər danışasan. Məsələn, “Biz çexlərin filan-filan qüsurları var” – desəniz, bu, xoşagəlməz bir hal olsa da, fransızlar geri qalmaq istəmədikləri üçün o saat belə deyəcəklər: “Yox, siz nə danışırsız, biz daha pisik”.
Mən yuxarıda - birinci abzasda yazmışam ki, eko-romanların qatlarına hər oxucu enə bilməz. Bunu qəsdən yazmışam, çünki bizim bəzi oxucuların mətnə münasibəti fransızların Fransaya münasibətinə bənzəyir.
Kəsəsi, bu metodu Ekodan oğurlamışam. Bu sözlərimdən acığa düşənlər, yəqin ki, ən azı bundan sonra, Ekonun “Praqa məzarlığı”nı tapıb oxuyacaqlar. Amma heç acığa düşən olmasa da, “Praqa məzarlığı”nı oxumaq məsləhətdir.
Oxunuz şirin olsun!