«Eurovision 2012» mahnı müsabiqəsi ərəfəsində Bakı və Abşeron yarımadasında telekanalların yayımı tamamilə rəqəmsal formata keçəcək. Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov nazirliyin ötən həftə keçirilən kollegiya iclasında belə deyib. «Eurovision – 2012» mahnı müsabiqəsi başlayanadək Bakı və paytaxt ətrafında analoq siqnalın yayımı dayandırılacaq. Ölkənin digər regionlarında da tədricən rəqəmsal formata keçid təmin ediləcək.
Gələn həftədən analoq yayımdan rəqəmsal yayıma keçid üçün istehsal olunan dekoderlərin ilk partiyası da bazara çıxarılacaq. «KÜR» kompyuter avadanlığı istehsalçısı zavodundan mətbuata verilən açıqlamaya görə, dekoderlər artıq hazırdır, müəyyən sənədləşmə işləri aparılır. Dekoderlərin 30-50 manata satılacağı deyilir.
MÜTLƏQ DEKODER OLMALIDIR!
«Mənim televizorum haradasa 15 ilin televizorudur, arxası böyük olanlardandır. İmkanım yoxdur təzə televizor almağa. Maaşım 200 manatdır, heç 30-40 manat verib dedikləri avadanlığı almağa da imkanım yoxdur».
Rəqəmsal yayım daha keyfiyyətli və üstün cəhətlərə malik olsa da, bu xəbərdən Gülnarə Əsədova kimi məyus olanlar da az deyil. Çünki rəqəmsal yayımda dekoderlərin alınması mütləqdir, əks halda analoq yayıma hesablanmış televizor heç bir telekanalı göstərməyəcək. Hətta kabel operatorlarının abunəçiləri də bu operatorların qiyməti 40-60 manat olan dekoderlərini almağa məcburdurlar.
Gülnarə Əsədova onun kimi aztəminatlı bir çox ailələr üçün bunun problem yaratdığını deyir. Ötən il rəqəmsal yayıma keçid məsələsi ortaya çıxan zaman Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirmişdi ki, əhalinin aztəminatlı təbəqəsi üçün dekoderlərin alınması barədə ölkə prezidentinə müraciət olunacaq. Amma müraciət olundumu, nəticə nə oldu – bu barədə hələ ki heç bir açıqlama verilmir.
«BU, TƏLƏSİK ADDIMDIR»
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyinin sədri Əflatun Şərifov AzadlıqRadiosuna müsahibəsində dekoderlərin alınmasında heç bir problem görmədiyini deyir:
«Dekoderlərin qiyməti 30 manat civarındadır. İnanmıram ki, elə bir imkansız ailə olsun ki, 30 manat dekoderə verə bilməsin. Amma hər halda, elə insanlar varsa da, hansısa tədbirlər görülər».
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bu ilin mayınadək rəqəmsal yayıma tam keçidi tələsik addım hesab edir:
«Mən prinsipcə rəqəmsala keçidi dəstəkləyirəm. Bir neçə faktor var ki, bunu diktə edir. Birincisi, keyfiyyət faktorudur, ikincisi, tezliklərin sərbəstləşdirilməsi, üçüncüsü isə, digər xidmətlərin də əldə edilməsidir. Amma bu cür tələskənliyə ehtiyac yox idi. Düşünürəm ki, insanların xeyli hissəsi, xüsusən də regionlarda bu rəqəmsal siqnalları qəbul etməyə hazır deyillər. Çünki xüsusi avadanlığa ehtiyac var. Hələ də tam aydın deyil ki, bu avadanlığı vətəndaş öz hesabına almalıdır, yoxsa hökumət kömək edəcək».
Osman Gündüz deyir ki, hökumət dekoder istehsalçıları və istehlakçıları arasında rəqabətin də yaranmasında maraqlı olmalıdır. Başqa sözlə, bu sahədə monopoliyanın yaranmasının qarşısı alınmalıdır ki, bu, qiymətə də öz təsirini göstərsin.
TELEVİZORLARIN 70-80 FAİZİ RƏQƏMSAL YAYIMI DƏSTƏKLƏMİR
Televiziya mütəxəssisi Hüseyn Dərbəndli də düşünür ki, «Eurovision 2012» mahnı müsabiqəsinədək paytaxtda telekanalların yayımının tamamilə rəqəmsal formata keçilməsi real deyil. Hüseyn Dərbəndliyə görə, bu işi məhəlli olaraq həyata keçirmək lazımdır:
«Bu işi zamanın ixtiyarına buraxmaq və lokal olaraq həyata keçirmək lazımdır. Məsələn, kabel televiziyaları internet yayımını necə məhəlli tətbiq edirlərsə, elə. Yəni, qəsəbə-qəsəbə, yavaş-yavaş. Çünki rəqəmsal yayım artıq 2 ildir ki, var və istəyən bundan yararlanır. Amma analoq yayımı dayandırıb birbaşa rəqəmsala keçmək əhalinin böyük hissəsini televizorsuz qoymaq deməkdir».
Müstəqil ekspertlərin araşdırmasına görə, ölkə ərazisində televizorların 70-80 faizi rəqəmsal yayımı dəstəkləmir. Hətta LCD televizorların bəzi markaları da bu yayımı qəbul etmir. Rəqəmsal yayımı dəstəkləyən, əlavə dekoder almağa ehtiyac olmayan televizorların qiyməti isə 600-700 manatdan başlayır.